Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79931
az

C.Naxçıvanski adına hərbi liseydə “Qax Şəhidləri” kitabının təqdimatı oldu

13:0602 Yanvar, 2023
456
CƏMİYYƏT
  • A

2022-ci il artıq tarixə dönmək ərəfəsində. Yola salacağımız il bir çox əlamətdar hadisələrlə yadda qaldı. Şanlı qələbəmizin 2 ili beləcə tamam oldu. İlin son günlərində  C.Naxçıvanski adına hərbi liseydə   “Zəfər Tarixinin  Qəhrəmanları” layihəsinin rəhbəri  Səhər Manafovanın “Qax Şəhidləri” kitabının təqdimatı oldu. Kitabın təqdimatının tədris müəssisəsində baş tutması təsadüfi deyildi. Belə ki, şanlı Vətən müharibəsində şəhid olan qəhrəmanların əksəriyyəti məhz C. Naxçıvanski adına hərbi liseyin kursantları olub. Tədbir də Qax rayonundan gələn şəhid ailələri ilə yanaşı ölkənin bir çox rayonlarından, eləcə də Bakının Sabunçu, Xətai, Suraxanı rayonlarından gələn şəhid ailələri və məktəblilər iştirak edirdi.

Tədbirin əvvəlində Qarabağ savaşlarında canını qurban vermiş bütün şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Sükutdan sonra dövlət himni səsləndirildi. Tədbiri Liseyin rəisi polkovnik Rəşad İbrahimov giriş sözü ilə açdı.

Daha sonra tədbirin plan-ssenarisi elan edildi. Tədbirin planı elan olunduqdan sonra kitabın müəllifi Səhər Manafova rəhbəri olduğu layihənin məqsəd və qayəsi haqqında danışdı. Qeyd etdi ki “Qax şəhidləri” kitabı179 nəfər qaxlı qəhrəmanın həyat və döyüş yolu  haqqında yazılan tarixdir. Müəllif gələcəkdə layihənin məramına uyğun olaraq başqa bölgələrdən olan şəhidlərimizin həyat və döyüş  yolunu qələmə alacağını bildirdi.

Daha sonra Azərbaycanın ən gənc Milli Qəhrəmanı olan Cavanşir Rəhimovun anası Lalə xanıma söz verildi. Lalə xanım bütün şəhid analarının adından çıxış edərək bildirdi ki, oğul itirən anaların yeganə təsəllisi Qarabağın azadlığıdır.” Şəhidin anası olmaq çox agır və şərəflidir. Lakin bizim oğullarımız bu yolu seçiblərsə, biz də onların adına layiq olaraq şərəflə bu adı daşımalıyıq”. Lalə xanım qeyd etdi ki,  Ali Baş Komanda İlham Əliyevin uzaqgörən siyasəti və sarsılmaz Milli Ordumuz bizə daha parlaq və azad gələcək vəd edir.

Tədbiridə iştirak edən millət vəkili Müşfik Məmmədli öz çıxışında vətəinin bütövlüyü ,Qarabağın azadlığı uğrunda canından keçən  qəhrəman oğullarımızın fədakarlığından soz acdı. Ali  Baş   Komandanın dəmir yumruq siyasətinin əslində xalq, dövlət və ordu həmrəyliyinin ən bariz nümunəsi olduğunu bildirdi.

Natiq 30 illik işğal tariximiz 44 gündə ədalətin işiq üzü gördüyü səhifələrlərlə əvəz olunduğunu qeyd edərək   şəhidlərimizin ruhlarının azad , firavan Qarabağ səmasında dolaşdıqlarını söylədi. Eyni zamanda tədbirin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, şanlı Qarabağ müharibəsindən və şəhidlərimizdən bəhs edən kitablar geniş şəkildə təbliğ olunmalıdır. Bu gələcək nəsli güclü vətənpərvərlik ruhunda tərbiyə etməyin ən əhəmiyyətli üsuludur.

Daha sonra söz Şuşa fatehi adı ilə xalq arasında tanınan qəhrəmanımız şəhid Asəf Ağayevin atası Abid Ağayev çıxış etdi. O, oğlunun təhsil aldığı bu liseylə bağlı olan xatirələrində söz açdı. Asəf kimi oğul ilə fəxr etdiyini söylədi.

Tədbirdə iştirak edən digər  şəhid analarına söz verildi. Tədbirdə çıxış edən hər kəs bu səpkidə olan tədbirlərin maarifləndirici əhəmiyyətindən, şəhidlərin xatirəsinin yaşadılması üşün atılan ən uğurlu addımlardan olduğu fikrini səsləndirdi. Tədbirin sonunda göstərdikləri təşkilatı dəstəyə görə C.Naxçıvanski adına hərbi liseyin rəhbərliyi- liseyin rəisi polkovnik Rəşad İbrahimov və İdeoloji İş və Mənəvi-Psixoloji Təminat şöbəsinin rəisi Vüsal Sevxanov  “Vətən Tarixinin  Qəhrəmanları” layihəsinn rəhbəri Səhər Manafova  və Qaxın şəhid anaları tərəfindən fəxri diplomlarla  təltif olundular. Fəxri diplomları Şəhid –Milli Qəhrəman Cavanşir Rəhimovun anasl Lalə xanım təqdim etdi.

Tədbirdə iştirak edən Bakı Şəhər İcra hakimiyyətinin departament rəisinin müavini, Azərbaycan Əfqanıstan veteranları ictimai birliyinin sədr müavini  Əkrəm  Hətəmov, millət vəkili Vüqar iskəndərov tədbrdən sonra şəhid ailələri ilə yaxından tanış    olaraq onları narahat edən suallara cavab verdilər.

Həzi Aslanov adına “Ordu” İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konserti  ilə tədbir yekunlaşdı. Sonda tədbir iştirakçılarına müəllif tərəfindən kitab hədiyyə olundu və xatirə şəkilləri çəkildi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən üçün xəzinədir: Mütəxəssislərin israrla tövsiyə etdiyi dünyanın ən sağlam qidası
Ən dəqiq namaz vaxtları
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Ağır qəza yenə can aldı