Sakinlər vahid məktəbli forması haqqında nə düşünür? - BAKIDA SORĞU
11 Oktyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
271
02.01.2023, 12:55
Revmatoloji xəstəliklərin ilkin əlamətlərindən biri oynağın iltihabi xəstəliyi olan artritdir.
OXU24.COM xəbər verir ki, həkim-revmatoloq Nərgiz Hüseynova deyib: "Artrit oynaqlarda qızartı, şişkinlik, ağrı şikayəti ilə özünü göstərir və ciddi hərəkət məhdudiyyətinə səbəb olur. Zaman keçdikcə hərəkət məhdudiyyəti qalaraq fiziki qüsura gətirib çıxara bilər".
Hazırda revmatoloji xəstəliklərin elmə məlum olan 200-dən çox növü var. Onların bir qismində artrit olsa da, digərləri sadəcə daxili orqanların, damarların yuyulması və zədələnməsi nəticəsində baş verə bilər. Bura ağciyərlər, ürək, mədəaltı vəzi, böyrəklər, bağırsaq, gənc xanımlarda ana olmaqla əlaqədar narahatlıqlar daxildir.
"Revmatoloji xəstəliklərin yaşı yoxdur, yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər həmin diaqnozu qoymaq olur. Lakin gənclər və orta yaş qrupu həmin xəstələr arasında üstünlük təşkil edir. Hormonal disfunksiyalar, əvvəllər keçirilmiş hər hansı infeksion xəstəliklər və immun sisteminin digər problemləri həmin xəstəliyə gətirib çıxara bilər. Buğdadan hazırlanan ağ un məmulatlarının tamamilə məhdudlaşdırılması, tərəvəzlərlə daha çox qidalanmaq, duz və şəkər kimi əlavə dadlandırıcı vasitələrdən istifadə etməmək məsləhət görülür",- deyə həkim-revmatoloq bildirib.
Müasir revmotologiyada artritdən yaranan əlilliyin qarşısını almaq üçün çox müasir dərman preparatları var. Vaxtında həkimə müraciət etməklə onun qarşısını almaq mümkündür. Fiziki müalicə üsulları, üzgüçülük, yürüş, pəhriz saxlamaq və zərərli vərdişlərdən uzaq olmaq xəstəliyin müalicəsində kömək edə bilər.
10:02 / 11 Oktyabr 2026
33
09:41 / 11 Oktyabr 2026
60
09:36 / 11 Oktyabr 2026
52
09:25 / 11 Oktyabr 2026
74
09:10 / 11 Oktyabr 2026
628
09:10 / 11 Oktyabr 2026
102
08:56 / 11 Oktyabr 2026
502
08:51 / 11 Oktyabr 2026
82
08:28 / 11 Oktyabr 2026
61
08:27 / 11 Oktyabr 2026
148
08:24 / 11 Oktyabr 2026
195
08:15 / 11 Oktyabr 2026
115
07:37 / 11 Oktyabr 2026
74
06:55 / 11 Oktyabr 2026
137
01:41 / 11 Oktyabr 2026
4676
01:28 / 11 Oktyabr 2026
8370
01:15 / 11 Oktyabr 2026
222
01:11 / 11 Oktyabr 2026
661
00:59 / 11 Oktyabr 2026
1963
00:56 / 11 Oktyabr 2026
332
00:39 / 11 Oktyabr 2026
456
00:21 / 11 Oktyabr 2026
684
00:19 / 11 Oktyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.