Sakinlər vahid məktəbli forması haqqında nə düşünür? - BAKIDA SORĞU
11 Oktyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
331
02.01.2023, 12:48
Hava çox soyuq olmayanda belə üşüyürsünüzsə, bu, bir çox xəstəliklərin xəbərçisi ola bilər.
Belə ki, bu xəstəliklərin ən birincisi qanda dəmirin azalması ilə baş verən anemiyadır. Bundan əlavə, ateroskleroz və anoreksiya üşüməyin başlıca səbəbləri arasında yer alır.
OXU24.COM bunu aradan qaldıra biləcək üsulları və qəbul edilməli olan qidaların siyahısını təqdim edir.
Başlamazdan əvvəl onu da qeyd edək ki, bəzi qadınlar tsikl zamanı çox qan itirdiyi üçün bədənin müqaviməti azalır və immunitet sistemi zəifləyir. Bu dövrdə bol su içilməli və bədənin maye ehtiyacını ödəyən qidalar istehlak edilməlidir.
Bəs bədənin temperaturunun aşağı olması nədən qaynaqlanır?
Buraya siqaretdən istifadə, spirtli içki istehlak etmək, nizamsız yuxu, qidalanma daxildir. Xroniki yorğunluq, əsəb və ürək döyüntüsü üşümə ilə birlikdə müşahidə olunan əlamətlərdir. Stres, psixoloji amillər ani titrəməyə və qıcolmalara səbəb ola bilər.
Bundan necə qurtulmaq olar?
İlk olaraq hansı səbəbdən üşüdüyünüzü müəyyən etməlisiniz. Məsələn, qanda zülal səviyyəsinin azalması nəticəsində üşümə şikayətləri varsa, şəxs qidalanmasına və yuxu rejiminə fikir verməlidir. Pəhriz, nizamsız qida qəbulu qan azlığına və titrəməyə səbəb olur.
Şəxsin yalnız soyuğu ayaqlarında hiss etməsi isə hipertoniyanın ən çox müşahidə edilən əlamətlərindəndir. Qan təzyiqini normada saxlamaq üçün bol meyvə, göyərti və tərəvəz istehlak edilməli, gündə ən az 2 litr su içilməlidir.
Üşüməni azaldan qidalar hansılardır?
1. Kişmiş
C və E vitaminləri ilə zəngin olan kişmiş orqanizmin enerji ehtiyacını ödəyir. Bu, daxili orqanların daha sağlam işləməsini təmin edir və bədən istiliyini normada saxlayır.
2. Çərəzlər
Xüsusilə qoz və badam tez-tez - soyuq olmasa belə titrəyənlər üçün faydalıdır.
3. Bitki çayları
Nanə, çobanyastığı, itburnu və zəncəfil dəmləyib işməklə bədən temperaturunun normada qalmasına kömək edə bilərsiniz.
4. Küncüt bəkməzi
Qan əmələ gətirmə xüsusiyyətləri ilə tanınan küncüt və onun bəkməzini ayrı və ya birlikdə istehlak edilə bilərsiniz.
10:20 / 11 Oktyabr 2026
1
10:02 / 11 Oktyabr 2026
58
09:41 / 11 Oktyabr 2026
65
09:36 / 11 Oktyabr 2026
55
09:25 / 11 Oktyabr 2026
79
09:10 / 11 Oktyabr 2026
831
09:10 / 11 Oktyabr 2026
104
08:56 / 11 Oktyabr 2026
517
08:51 / 11 Oktyabr 2026
85
08:28 / 11 Oktyabr 2026
62
08:27 / 11 Oktyabr 2026
152
08:24 / 11 Oktyabr 2026
197
08:15 / 11 Oktyabr 2026
118
07:37 / 11 Oktyabr 2026
74
06:55 / 11 Oktyabr 2026
137
01:41 / 11 Oktyabr 2026
4791
01:28 / 11 Oktyabr 2026
8371
01:15 / 11 Oktyabr 2026
224
01:11 / 11 Oktyabr 2026
681
00:59 / 11 Oktyabr 2026
1989
00:56 / 11 Oktyabr 2026
332
00:39 / 11 Oktyabr 2026
459
00:21 / 11 Oktyabr 2026
688
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.