Qaynar xətt:

(+99450) 247 90 86

Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat

Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat

CƏMİYYƏT

341

30.12.2022, 17:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.
 
OXU24.COM  APA-ya istinadən bildirir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
 
Əmrə əsasən, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.
 
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
 
Qeyd edək ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
 
M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.