Qaynar xətt:

(+99450) 247 90 86

Sabirabadda dəm qazından zəhərlənən bir ailənin 6 üzvü evə buraxılıb

Sabirabadda dəm qazından zəhərlənən bir ailənin 6 üzvü evə buraxılıb

CƏMİYYƏT

425

30.12.2022, 11:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadda dəm qazından zəhərlənən bir ailənin 6 üzvü evə buraxılıb.

Hadisə rayonun Surra kəndi ərazidinə qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri - 1990-cı il təvəllüdlü Cəbrayılova Şəfəq

Xudaverdi qızı və onun övladları, 2010-cu il təvəllüdlü F.Cəbrayıllı, 2012-ci il təvəllüdlü N.Cəbrayıllı, 2016-cı il təvəllüdlü K.Cəbrayıllı, 2018-ci il təvəllüdlü Y.Cəbrayıllı və 2022-ci il təvəllüdlü M.Cəbrayıllı yaşadıqları ünvanda dəm qazından zəhərlənib və Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.