“Analarımız, nənələrimiz kəlağayı örtüb, şal bağlayıblar...” – Sabir Rüstəmxanlı
11 Oktyabr 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
433
29.12.2022, 23:47
Tovuz rayonunun Əlimərdanlı kənd sakini Mənzərə Salmanova əkiz bacılarının saxlandıqları Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında döyüldüyünü iddia edirb.
Bu barədə Mənzərə Salmanova Meydan TV-yə danışıb.
O bildirib ki, 1964-cü il təvəllüdlü əkiz bacıları Mətanət və Kifayət Salmanovalar anadangəlmə xəstədir. Buna baxmayaraq, 2022-ci ilə qədər onları xəstəxanaya yerləşdirməyiblər. Çünki əvvəllər onlara anaları qulluq edib. Ana vəfat edəndən sonra isə bacıları Firəngiz hər ikisinin qayğısına qalıb. Lakin bu ilin fevralında onu da itiriblər. Avqust ayında başqa bir bacısı Mətanət və Kifayət Salmanovaları Qazaxda yerləşən psixiatriya xəstəxanasına yerləşdirib.
Mənzərə Salmanova deyir ki, bacılarının xəstəxanaya yerləşdirildiyini biləndən sonra onları oradan çıxarmaq qərarına gəlib və Qazaxa yollanıb. Lakin xəstəxananın baş həkimi Venera Salifova bacılarını çıxarmağa imkan verməyib:
“Dedi ki, “hara istəyirsənsə, şikayət elə, qoymuram”. Nə qədər yerlərə şikayət elədim – icra hakimiyyətindən tutmuş, Ombudsmana, prokurorluğa qədər. Axırda dekabrın 6-da Bakıdakı prokurorluğun köməyilə (Baş Prokurorluğu nəzərdə tutur-red.) bacılarımı oradan çıxarmağa nail oldum. Bacılarım nə vəziyyətdə idi?! Hər ikisinin bədənində üzündə döyülmə, xəsarət izləri vardı”.
Mənzərə Salmanova həm baş həkimdən, həm də xəstəxananın işçilərindən Qazax rayon Polis Şöbəsinə şikayət edib. Mətanət və Kifayət Salmanova bacıları ekspertizadan keçirilib. Hələlik ekspertizanın rəyi Mənzərə Salmanovaya məlum deyil. İşin araşdırılması isə prokurorluğa həvalə olunub.
Məsələ ilə bağlı prokurorluqdan bildirilib ki, araşdırmalar davam edir.
Qazax Rayonlararası Psixiatriya Xəstəxanasından isə bildirilib ki, Salmanova bacılarının xəstəxana əməkdaşları tərəfindən zorakılığa məruz qalması haqda Mənzərə Salmanovanın iddiaları həqiqətəuyğun deyil:
“Belə hallar xəstələr arasında olur, əksinə, işçilər qarşısını almağa çalışır. İki bacı bir-birinə nəsə edibsə, buna görə işçini günahlandırmaq düzgün deyil…”.
Mənzərə Salmanova isə deyir ki, onda xəsarət izlərinin fotoları var, sadəcə, onları mediada yayımlamaq etik olmadığına görə yaymaq istəmir. Onlar hüquq-mühafizə orqanlarında da var, bacılarının bədəninin o hissələrində olan xəsarətlər də ekspertlər tərəfindən qeydə alınıb:
“Elə xəsarətlərdir ki, mənim bir bacımın o birinə yetirməsi mümkün deyil. Yalan danışırlar ki, guya iki bacı dalaşıblar, onda xəsarət alıblar. Elə xəsarətlər var, sanki yanıq yeridir…”.
15:55 / 11 Oktyabr 2026
13
15:22 / 11 Oktyabr 2026
51
15:03 / 11 Oktyabr 2026
88
14:50 / 11 Oktyabr 2026
115
14:41 / 11 Oktyabr 2026
78
14:35 / 11 Oktyabr 2026
178
14:34 / 11 Oktyabr 2026
78
14:25 / 11 Oktyabr 2026
610
14:19 / 11 Oktyabr 2026
111
14:15 / 11 Oktyabr 2026
101
14:10 / 11 Oktyabr 2026
142
14:06 / 11 Oktyabr 2026
69
13:51 / 11 Oktyabr 2026
1420
13:40 / 11 Oktyabr 2026
209
13:16 / 11 Oktyabr 2026
121
13:13 / 11 Oktyabr 2026
1060
12:56 / 11 Oktyabr 2026
828
12:44 / 11 Oktyabr 2026
151
12:32 / 11 Oktyabr 2026
919
12:29 / 11 Oktyabr 2026
114
12:25 / 11 Oktyabr 2026
149
12:20 / 11 Oktyabr 2026
166
12:10 / 11 Oktyabr 2026
527
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.