Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79666
az

Yanvarın 1-dən 1400-1600-1800 manat olacaq  - Prezident təsdiqlədi

19:1128 Dekabr, 2022
1580
CƏMİYYƏT
  • A

Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşib.

Oxu24.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1600 manat;
2 ilədək - 1800 manat;

2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1400 manat;
2 ilədək - 1600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək - 1200 manat;
2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rubl və dollar neçəyədir? - MƏZƏNNƏ
Bu rayonlarda qaz olmayacaq - DİQQƏT!
Hansı çaylar arıqlamağa kömək edir?