Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayon işıqsız qaldı

Bu rayon işıqsız qaldı

CƏMİYYƏT

477

28.12.2022, 13:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvarın bir hissəsində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, H.Əliyev prospektinin bir hissəsində təxminən 50-yə yaxın ev və mağazada səhər saatlarından etibarən elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər elektrik enerjisinin kəsilməsi ilə bağlı əvvəlcədən onlara heç xəbərdarlıq edilmədiyini bildiriblər.

Problemlə bağlı "Azərışıq" ASC-nin Biləsuvar Elektrik Şəbəkəsindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda transformatorda iş aparılır və yaxın vaxtlar elektrik enerjisinin verilişi bərpa ediləcək:

"Həmin abonentlərin istifadə etdiyi transformator açılıb və əlavə kabel qoşulur. Bunun məqsədi gücün artırılmasıdır və 1 saata elektrik enerjisinin verilişi bərpa olunacaq".