Qaynar xətt:

(+99450) 247 90 86

Adi qrip neçə gün davam edir?

Adi qrip neçə gün davam edir?

CƏMİYYƏT

468

26.12.2022, 20:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 
 
OXU24.COM  xəbər verir ki, bu sözləri "Sputnik" radiosuna müsahibəsində terapevt Andrey Zvonkov deyib.
Həkimin sözlərinə görə, əgər immunitet normal işləyirsə, o zaman simptomlar bir neçə saat, ekstremal hallarda isə bir gün ərzində yox olur.
"Hər hansı iltihab bir neçə saat ərzində bitməlidir. Soyuqlaya, asqıra və sağala bilərsiniz. Gün ərzində asqırmağa davam etsəniz də ertəsi gün özünüzü daha sağlam hiss edirsiniz. Ancaq soyuqdəymə əlamətləri bir gün ərzində yoxa çıxmayıbsa, tədbir görmək vaxtıdır. Dərhal dərman atmaq lazım deyil, əvvəlcə özünüzü ənənəvi qaydalarla müalicə edə bilərsiniz: isti çay, moruq, bal, turp və sair. Lakin xəstəlik üç gün ərzində keçməzsə, artıq həkimə müraciət etməlisiniz", - deyə həkim bildirib