Xalq artistindən hicabla bağlı AÇIQLAMA
12 Oktyabr 2026, 01:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1025
26.12.2022, 09:34
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.
Oxu24.com DTX-nın saytına istinadən xəbər verir ki, ibtidai istintaq zamanı, 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilib), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib.
Taleh Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.
İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Hazırda cinayət işi üzrə aradırmalar davam edir.
01:20 / 12 Oktyabr 2026
318
01:15 / 12 Oktyabr 2026
89
00:50 / 12 Oktyabr 2026
92
00:40 / 12 Oktyabr 2026
922
00:40 / 12 Oktyabr 2026
91
00:38 / 12 Oktyabr 2026
147
00:36 / 12 Oktyabr 2026
116
00:35 / 12 Oktyabr 2026
121
00:17 / 12 Oktyabr 2026
357
23:55 / 11 Oktyabr 2026
103
23:50 / 11 Oktyabr 2026
693
23:43 / 11 Oktyabr 2026
86
23:37 / 11 Oktyabr 2026
82
23:30 / 11 Oktyabr 2026
1405
23:21 / 11 Oktyabr 2026
196
23:09 / 11 Oktyabr 2026
477
23:02 / 11 Oktyabr 2026
127
22:49 / 11 Oktyabr 2026
561
22:46 / 11 Oktyabr 2026
133
22:28 / 11 Oktyabr 2026
1878
22:25 / 11 Oktyabr 2026
177
22:22 / 11 Oktyabr 2026
735
22:19 / 11 Oktyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.