Xalq artistindən hicabla bağlı AÇIQLAMA
12 Oktyabr 2026, 01:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
363
25.12.2022, 20:41
Yeni il Bayramı - ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən məşhur bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Lakin bir çox ölkədə Yeni il süfrəsini bəzəməklə bağlı müxtəlif adətlər var.
OXU24.COM "qafqazinfo"ya istinadən həmin ölkələrin adətlərini təqdim edir:
Azərbaycanda Yeni il süfrəsi ilə bağlı hər hansı inanc yoxdur. Süfrə fəslə uyğun olan təamlarla bəzənilir.
Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar. Bunlar yemək üçün yox, gələn ilin hava proqnozlarını müəyyənləşdirmək üçündür. Belə ki, on iki ədəd baş soğanın alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni göstərəndə soğanlara baxırlar. İnanca görə, hansı soğan duzu əridibsə, o aylar yağmurlu, qalanları isə quraqlıq keçir.
Rusiyada inanca görə, Yeni il gecəsi süfrə nə qədər bol və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur. Onlar düşünürlər ki, belə olan halda evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanılır.
Macarıstanda Yeni il süfrəsinə qaz, ördək, toyuq qoymurlar. Onlar da ruslar kimi düşünürlər ki, yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, ailə qura bilsinlər.
Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirilir. Əsasən, pul, gümüş üzük, istiot qoyulur. Qarşısına istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.
Finlandiyada isə Yeni il süfrəsinə mütləq gavalı kiseli, düyü sıyığı qoyulur.
01:20 / 12 Oktyabr 2026
318
01:15 / 12 Oktyabr 2026
89
00:50 / 12 Oktyabr 2026
92
00:40 / 12 Oktyabr 2026
922
00:40 / 12 Oktyabr 2026
91
00:38 / 12 Oktyabr 2026
147
00:36 / 12 Oktyabr 2026
116
00:35 / 12 Oktyabr 2026
121
00:17 / 12 Oktyabr 2026
357
23:55 / 11 Oktyabr 2026
103
23:50 / 11 Oktyabr 2026
693
23:43 / 11 Oktyabr 2026
86
23:37 / 11 Oktyabr 2026
82
23:30 / 11 Oktyabr 2026
1405
23:21 / 11 Oktyabr 2026
196
23:09 / 11 Oktyabr 2026
477
23:02 / 11 Oktyabr 2026
127
22:49 / 11 Oktyabr 2026
561
22:46 / 11 Oktyabr 2026
133
22:28 / 11 Oktyabr 2026
1878
22:25 / 11 Oktyabr 2026
177
22:22 / 11 Oktyabr 2026
735
22:19 / 11 Oktyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.