Qaynar xətt:

(+99450) 247 90 86

Başına qırov düşən məktəbli öldü - VİDEO

Başına qırov düşən məktəbli öldü - VİDEO

CƏMİYYƏT

390

22.12.2022, 18:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskva vilayətində məktəblini damdan düşən qar öldürüb.

OXU24.COM  bildirir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Krasnoqorsk rayonunun Zaxarkovo kəndində 13 yaşlı yeniyetmə ölüb. Uşaq "Altayenerqobank"ın keçmiş ortaq sahibi və direktorlar şurasının sədri Sergey Vostrikovun oğlu olub. Məlumata görə, hadisə Zaxarkovo kəndində fərdi evin ərazisində baş verib. 13 yaşlı uşaq itini gəzdirirmiş. Anası küşəyə çıxanda görüb ki, uşaq qarın altında qalıb. Moskva vilayətinin sakini böyük oğluna zəng vurub, uşağı qarın altından çıxararaq evə aparıblar və təcili yardım çağırıblar. Oğlanın meyiti ekspertiza üçün morqa göndərilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ölən şagirdin atası ailəsi ilə yaşamır. Bankir ABŞ-ın San-Fransisko şəhərinə köçüb.

Yeniyetmənin öldüyü yerindən kadrlar yayımlanıb.