Məşhur akademikdən mühüm AÇIQLAMA: Nazirlər Kabinetinin qərarına əməl olunmalıdır...
12 Oktyabr 2026, 10:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
288
21.12.2022, 19:00
Türkiyə Respublikasında keçirilən Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün Ankarada səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüb.
Bu barədə FHN-dən məlumat verilib.
Görüşdə məmnunluqla vurğulanıb ki, iki qardaş ölkənin liderlərinin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə genişlənir. İstər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qardaş Türkiyə tərəfindən ən yüksək səviyyədə mənəvi və siyasi dəstəyin verilməsi, istər ötən ilin yayında Türkiyədə baş vermiş dəhşətli meşə yanğınları ilə mübarizədə Azərbaycanın göstərdiyi həmrəylik bu qardaşlıq münasibətlərinə bariz nümunədir.
Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən birgə təlim və kursların təşkili məsələləri geniş müzakirə olunub. Ankara şəhərində yüksək səviyyədə təşkil olunmuş Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşünün əhəmiyyəti qeyd olunub, bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin, xüsusilə fövqəladə hallarla mübarizə üzrə əlaqəli fəaliyyətin təşkili məqsədilə Türk Dövlətlərinin Mülki Müdafiə Mexanizminin yaradılmasının vacibliyi vurğulanıb.
Həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi ilə əlaqədar hazırlığın təmin olunması məsələlərində Türkiyə tərəfinin dəstəyi yüksək qiymətləndirilib və bu istiqamətdə işlərin uğurla davam etdiriləcəyinə əminlik bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

10:57 / 12 Oktyabr 2026
14
10:53 / 12 Oktyabr 2026
31
10:45 / 12 Oktyabr 2026
117
10:38 / 12 Oktyabr 2026
67
10:31 / 12 Oktyabr 2026
35
10:24 / 12 Oktyabr 2026
84
10:20 / 12 Oktyabr 2026
52
10:17 / 12 Oktyabr 2026
194
10:10 / 12 Oktyabr 2026
99
10:07 / 12 Oktyabr 2026
112
10:03 / 12 Oktyabr 2026
54
09:55 / 12 Oktyabr 2026
544
09:49 / 12 Oktyabr 2026
51
09:39 / 12 Oktyabr 2026
1417
09:36 / 12 Oktyabr 2026
62
09:31 / 12 Oktyabr 2026
91
09:30 / 12 Oktyabr 2026
242
09:20 / 12 Oktyabr 2026
1360
09:06 / 12 Oktyabr 2026
755
08:53 / 12 Oktyabr 2026
78
08:46 / 12 Oktyabr 2026
134
08:42 / 12 Oktyabr 2026
124
08:39 / 12 Oktyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.