Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79127
az

Şəhid ailəsinin sosial təminat hüquqları nə vaxt yaranır?

13:3519 Dekabr, 2022
108
CƏMİYYƏT
  • A

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

Bu dəfə  təqdim  etdiyimiz  mövzu  Şəhid ailəsinin sosial təminat hüquqları nə vaxt yaranır? sualı ətrafındadır.

Birdəfəlik sığorta ödənişi - həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən);
Prosedur: Şəhid ailəsi üzvü ölüm şəhadətnaməsini təqdim etməklə notariat orqanından vərəsəlik şəhadətnaməsi əldə edir. Vərəsəlik şəhadətnaməsi “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edildikdən 7 iş günü ərzində vərəsələrin bank hesabına ödəniş aparılır.
Dəfn mərasiminin təşkili üçün maliyyə yardımı – şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən);
Prosedur: Valideyn (nümayəndə) həlak olma (vəfat etmə) barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə təqdim edir, oradan 3 (üç) iş günü müddətində müvafiq vəsait nağdsız hesablaşma yolu ilə ödənilir.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (500 manat) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhid ailəsi statusu haqqında müvafiq arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd almaq hüququ olan ailə üzvlərinə təyinat aparılaraq ödənişə göndərilir.
Ailə başçısını itirməyə görə pensiya (aylıq) – şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: – Şəhid zabit, gizir və müddətdən artıq xidmət edən (MAXE) şəxs olubsa, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvlərindən biri şəhidin xidmət keçdiyi quruma müraciət edir; həmin qurum məlumat vərəqəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsi şəhidin ailə üzvündən pensiya təyin edlməsi üçün digər müvafiq sənədləri qəbul edib təyinat aparır. - şəhid əsgərdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri müvafiq sənədlərlə birbaşa Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə müraciət edir və təyinat aparılır.
Müavinət (aylıq) – şəhidin pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü 80 manat məbləğində müavinət alır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhidin ölüm haqqında şəhadətnaməsi onun ailə üzvü tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan müavinət almaq hüququ olan ailə üzvlərinə müavinət təyin edilərək ödənişə göndərilir.
Mənzil təminatı – 1 yanvar 2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır.
Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən rayon (şəhər) İcra Hakimiyyəti orqanlarına müraciət edilir, növbəlilik siyahıları rayon (şəhər) İcra Hakimiyyəti orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilirlər.
Psixoloji dəstək - Şəhid ailəsi üzvlərinə postmüharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhid ailəsi üzvlərinin müraciəti əsasında.
Sanatoriya-kurort müalicəsi - şəhid ailəsi üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Tibb müəssisələrinin göndərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə.
Təhsil - şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən);
Özünüməşğulluğun təşkili: Şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.
Haqqı ödənilən ictimai işlər: Şəhid ailəsi üzvlərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Şəhid ailəsi üzvlərinin sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Kvotadan əlavə iş yerlərinin yaradılması: Şəhid ailəsi üzvlərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası: Şəhid ailəsi üzvləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Məşğulluq Altsistemi"nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracitə etməlidir.
Əlavə - Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub.
QEYD: 11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, hərbi və mülki şəhidlərin ailələrinin hüquqları bərabərdir.

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazirdən bağça müəllimləri ilə bağlı Qərar
Pilot niyə Bakını yox, Aktaunu seçib?
Oteldə ilan tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü