Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12 Oktyabr 2026, 17:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1088
19.12.2022, 16:25
Rusiya Federasiyasının vətəndaşı Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edilib.
Bu barədə Oxu24.com-a Azərbaycan Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrovun cari ilin dekabrin 13-də müxtəlif kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq çağırışlar edib.
Mixail Aleksandrovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan cari ilin dekabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixail Aleksandrovun Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə "İnterpol" vasitəsilə beynəlxalq axtarışı elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.
"Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq", - Baş Prokurorluqdan bildirilib..
17:11 / 12 Oktyabr 2026
6
16:59 / 12 Oktyabr 2026
238
16:54 / 12 Oktyabr 2026
68
16:49 / 12 Oktyabr 2026
45
16:40 / 12 Oktyabr 2026
57
16:32 / 12 Oktyabr 2026
149
16:28 / 12 Oktyabr 2026
66
16:17 / 12 Oktyabr 2026
212
16:13 / 12 Oktyabr 2026
698
16:08 / 12 Oktyabr 2026
247
16:03 / 12 Oktyabr 2026
403
15:54 / 12 Oktyabr 2026
229
15:46 / 12 Oktyabr 2026
165
15:36 / 12 Oktyabr 2026
626
15:30 / 12 Oktyabr 2026
185
15:22 / 12 Oktyabr 2026
1745
15:21 / 12 Oktyabr 2026
109
15:15 / 12 Oktyabr 2026
269
15:07 / 12 Oktyabr 2026
282
15:06 / 12 Oktyabr 2026
702
14:58 / 12 Oktyabr 2026
599
14:56 / 12 Oktyabr 2026
129
14:52 / 12 Oktyabr 2026
5190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.