Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12 Oktyabr 2026, 17:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
362
19.12.2022, 13:49
İranda 14 yaşlı məktəbli qız hicabını çıxardığı üçün həbs edilib.
Daha sonra təhlükəsizlik qüvvələrinin nümayəndələrinin cinsi təcavüzü nəticəsində yaranan vaginal yırtıq nəticəsində dünyasını dəyişib.
Qızın anası isə yoxa çıxıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, bununla bağlı "New York Times" qəzetinin 17 dekabr tarixli sayında "İran qadınlara iffəti qəbul etdirmək üçün cinsi zorlamadan istifadə edir" başlıqlı yazı dərc olunub. Yazıda bildirilib ki, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Məsumə adlı 14 yaşlı məktəbli qızı həbs edib. Tehranın yoxsul məhəllələrindən birində yaşayan və məktəbdə hicabını çıxardığı üçün həbs edilən qızcığaz bir müddət sonra vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb.
Yazının müəllifi Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyasının direktorunun bununla bağlı açıqlamasından sitat gətirib.
"Bu qız məktəbdə quraşdırılmış kameralar tərəfindən müəyyən edilərək həbs olunub. Bir müddət sonra o, vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb. Qız həyatını itirib, anası isə qızının qətlini ictimailəşdirmək istədiyini dedikdən sonra yoxa çıxıb", - deyə İran İnsan Haqları Kampaniyasının direktorunun verdiyi açıqlamada bildirilib.

17:11 / 12 Oktyabr 2026
6
16:59 / 12 Oktyabr 2026
238
16:54 / 12 Oktyabr 2026
68
16:49 / 12 Oktyabr 2026
45
16:40 / 12 Oktyabr 2026
57
16:32 / 12 Oktyabr 2026
149
16:28 / 12 Oktyabr 2026
66
16:17 / 12 Oktyabr 2026
212
16:13 / 12 Oktyabr 2026
698
16:08 / 12 Oktyabr 2026
247
16:03 / 12 Oktyabr 2026
403
15:54 / 12 Oktyabr 2026
229
15:46 / 12 Oktyabr 2026
165
15:36 / 12 Oktyabr 2026
626
15:30 / 12 Oktyabr 2026
185
15:22 / 12 Oktyabr 2026
1745
15:21 / 12 Oktyabr 2026
109
15:15 / 12 Oktyabr 2026
269
15:07 / 12 Oktyabr 2026
282
15:06 / 12 Oktyabr 2026
702
14:58 / 12 Oktyabr 2026
599
14:56 / 12 Oktyabr 2026
129
14:52 / 12 Oktyabr 2026
5190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.