Qaynar xətt:

(+99450) 247 90 86

DÇ-2022-nin qalibi Argentina oldu! - YENİLƏNİB - VİDEO - FOTO

DÇ-2022-nin qalibi Argentina oldu! - YENİLƏNİB - VİDEO - FOTO

CƏMİYYƏT

251

18.12.2022, 21:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qətərdə keçirilən futbol üzrə 22-ci dünya çempionatının qalibi bəlli olub.

Finalda Fransa yığmasını penaltilərdə 4:2 məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

***21:40

Mbappe penaltidən daha bir qol vuraraq hesabı bərabərləşdirib.
***21:31
Oyunun 109-cu dəqiqəsində Lionel Messi Argentina millisini yenidən hesabda önə keçirib - 3:2.

***20:47
Kilyan Mbappe 82-ci dəqiqədə hesabı bərabərləşdirib. 

***20:45
Fransa millisi  80-ci dəqiqədə fərqlənib. Mbappe penaltidən qol vurdu.

***19:36
Di Mariya 36-cı dəqiqədə Argentina millisinin 2-ci qolunu vurub.
***19:24
Argentina millisi hesabı açıb.  Lionel Messi 23-cü dəqiqədə penaltidən fərqlənib.
***19:01
Qətərdəki 22-ci dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyunu başlayıb.

Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxıblar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru