Qaynar xətt:

(+99450) 247 90 86

İranda türkmən qadın həkim qətlə yetirildi

İranda türkmən qadın həkim qətlə yetirildi

CƏMİYYƏT

371

18.12.2022, 20:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranda türkmən qadın həkim təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

Dekabrın 17-də dəfn edilən əslən Türkmənsəhra türkmənlərindən olan və Tehranın "Çəmran" xəstəxanasında işləyən gənc həkim Ayda Rüstəmi təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb və öldürülüb.

O, dekabrın 12-də işdən çıxdıqdan sonra yoxa çıxıb. Polis onun meyitini iki gün sonra ailəsinə təhvil verib və avtomobil qəzasında öldüyünü, sonra isə özünü körpüdən ataraq intihar etdiyini iddia edib.

Ayda Rüstəmiyə məxsus şəxsi əşyaların ailəsinə verilmədiyi, ailənin məsələni ictimailəşdirməməsi ilə bağlı təhdid edildiyi bildirilir.