Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ
12 Oktyabr 2026, 19:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
350
18.12.2022, 00:53
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər.
Amma indi...
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
OXU24.COM lent.az-a istinadən vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Qorxmaz Hüseynovdan bəhs edəcəyik.
Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub.
1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb.
1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi vəzifəsində çalışıb.
Ətraflı
Qorxmaz Hüseynov 1995-1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.
27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib.
16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Sabiq sədrin rəhbərliyi dövründə "Azərsu"da dövlət büdcəsindən ayrılan 100 milyon vəsaiti mənimsənildiyi ilə bağlı şayiələr var.
O, hazırda bizneslə məşğul olur.
Bəzi mənbələrdə isə Qorxmaz Hüseynovun Xəzərin sahilində yerləşən şəxsi çimərliyi olan 3 mərtəbəli villasında istirahət etməsi ilə bağlı məlumatlar yayılıb.
Əldə edilən məlumatlara görə, sabiq sədr malikanəsi üçün Yaponiyadan iki it gətirib.
Qorxmaz Hüseynov ailəlidir və iki övladı var.
19:19 / 12 Oktyabr 2026
23
19:18 / 12 Oktyabr 2026
6
19:05 / 12 Oktyabr 2026
99
18:45 / 12 Oktyabr 2026
56
18:41 / 12 Oktyabr 2026
1962
18:35 / 12 Oktyabr 2026
112
18:15 / 12 Oktyabr 2026
119
18:12 / 12 Oktyabr 2026
168
17:54 / 12 Oktyabr 2026
122
17:49 / 12 Oktyabr 2026
579
17:47 / 12 Oktyabr 2026
224
17:45 / 12 Oktyabr 2026
132
17:39 / 12 Oktyabr 2026
678
17:33 / 12 Oktyabr 2026
83
17:33 / 12 Oktyabr 2026
86
17:26 / 12 Oktyabr 2026
72
17:24 / 12 Oktyabr 2026
79
17:21 / 12 Oktyabr 2026
72
17:11 / 12 Oktyabr 2026
100
16:59 / 12 Oktyabr 2026
1711
16:54 / 12 Oktyabr 2026
381
16:49 / 12 Oktyabr 2026
93
16:40 / 12 Oktyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.