Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
12 Oktyabr 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
295
17.12.2022, 08:49
Erməni Teleqram kanallarında Xocalı rayonu ərazisində olduğu iddia edilən texnikaların görüntüləri yayılıb.
OXU24.COM axar.az-a istinadən bildirir ki, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, materialda görünən ilk maşın 2K11 Kruq zenit-raket kompleksidir:
"Onun hazırlanmasına 1957-ci ildən başlanılıb. Ümumi kütləsi 21 ton, üzərinə quraşdırılan avadanlıqların kütləsi isə 7 tondur. 35 km sürətlə hərəkət qabiliyyətinə malikdir. Zenit-raket kompleksi 600 metr sürətlə 3000-dən 25000-dək metrə qədər və 45 km sürətlə hərəkət edən hədəfləri ələ keçirmək üçün nəzərdə tutulub. Hədəfləri məhvetmə əmsalı isə 0,8-ə bərabərdir. 3 kilometrə qədər məsafədə 60-70-ci illərin qırıcılarını 100 km qədər məsafədə aşkarlaya bilir. Zenit-raket kompleksinin özüyeriyən qurğusu SU 100p T-55 tankının bazasında hazırlanıb. 520 at gücünə malikdir. Zəif kompleks hesab olunur. Sınaqları zamanı kompleksdən 26 raket buraxılmışdı. Onlardan 6-ı havada öz-özünə məhv olmuş, 7-sinin marş mühərriki işə düşməmiş, 16-sı isə hədəfə doğru uçmuşdu".
Ə.Verdiyev bildirib ki, videoda hərəkət edən ikinci texnika isə 9A316 markalı zenit-raket kompleksinin atıcı-doldurucu qurğusudur:
"Bu qurğular raketi növbə ilə atışa hazırlamaq üçün nəzərdə tutulub. Onlar vasitəsiylə zenit raketi və atıcı qurğunun elektrik radio avadanlıqlarının sazlığı yoxlanılır. Atıcı qurğuların doldurulmasına və onların nəqliyyat vasitələrinin üzərinə - konteynerlərə yerləşdirməsinə imkan verir. Bu qurğular eyni zamanda 8-ə qədər raketi üzərində daşıya bilir. Bu maşınlar 4 zenit raketini ardıcıl olaraq buraxa bilir. Ehtiyatda olan 4 raketi isə sonradan doldurmaq və ya başqa birisinə boşaltmaq imkanına da malikdir. Raketin atıcı qurğu üzərinə yerləşdirilməsi 20 dəqiqə çəkir. Hədəf təyin olunandan sonra atıcı qurğuların hədəfə tuşlanması həyata keçirilir".
Ekspert ehtimal edir ki, bu texnikalar Ermənistan ordusuna məxsusdur və Qarabağa müharibədən əvvəlki dövrdə gətirilib:
"Müharibədən sonrakı dövrdə isə bu tip zenit komplekslərin gətirilməsi faktı ilə rastlaşmamışıq. Ancaq müharibədən sonra peyk görüntüləriylə Qarabağda iki ərazidə - Xocalı və Ağdərəyə yaxın yerlərdə hərbi yük maşınlarının, topların və zenit qurğuların olduğunu müəyyən etmişdim. Onların birlikdə təxmini sayı 200-ə yaxın idi. Belə görünür ki, bu qurğuların bir hissəsi hələ də Qarabağda qalmaqdadır".
20:40 / 12 Oktyabr 2026
1
20:35 / 12 Oktyabr 2026
29
20:34 / 12 Oktyabr 2026
28
20:15 / 12 Oktyabr 2026
1089
20:05 / 12 Oktyabr 2026
74
19:59 / 12 Oktyabr 2026
354
19:56 / 12 Oktyabr 2026
431
19:50 / 12 Oktyabr 2026
122
19:44 / 12 Oktyabr 2026
80
19:33 / 12 Oktyabr 2026
128
19:28 / 12 Oktyabr 2026
205
19:19 / 12 Oktyabr 2026
88
19:18 / 12 Oktyabr 2026
112
19:05 / 12 Oktyabr 2026
527
18:45 / 12 Oktyabr 2026
91
18:41 / 12 Oktyabr 2026
3645
18:35 / 12 Oktyabr 2026
188
18:15 / 12 Oktyabr 2026
181
18:12 / 12 Oktyabr 2026
239
17:54 / 12 Oktyabr 2026
146
17:49 / 12 Oktyabr 2026
1324
17:47 / 12 Oktyabr 2026
315
17:45 / 12 Oktyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.