Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78965
az

Şagirdinə sinəsinin şəklini göndərən müəllimə işdən qovuldu

20:5016 Dekabr, 2022
118
CƏMİYYƏT
  • A

ABŞ-ın Oklahoma ştatında məktəb müəlliməsi işləyən 23 yaşlı Sara Hall-Deqroat 15 yaşlı şagirdə sinəsinin fotosunu göndərdikdən sonra işini itirib.

OXU24.COM  bildirir ki, bu barədə "News on 6" xəbər verib.
 

Hall-Degroat 2022-ci ilin oktyabr ayından şagirdi ilə yazışıb. Müəllimə ünsiyyət üçün "Google Docs"-dan istifadə edib. "Onların yazışmalarının məzmunu açıqdır və bir-birləri ilə yaşamağa ümid etdikləri cinsi təcrübələri təsvir edir", - məhkəmənin bəyanatında deyilib.

Müəllimə işdən çıxarılıb. O, tutularaq istintaq təcridxanasına aparılıb. Hall-Deqroatın azadlığa buraxılması üçün girov məbləği 50 min dollardır. Hadisə ilə bağlı araşdırma aparılıb. "Mənim də uşaqlarım var. Sosial mediadan istifadə edərkən onların təhlükəsizliyinə əmin olmaq bir valideyn kimi mənim məsuliyyətimdir. Orada çox təhlükəlidir. İnsanların uşaqlara çatmağın müxtəlif yolları var. Uşaqlar üçün təkbaşına internetdə gəzmək çox təhlükəlidir", - deyə məktəb rəhbəri Ceyson Peres bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüsal Cəfərova vəzifə verildi
Evdə havanın keyfiyyətini necə yaxşılaşdırmaq olar?
Azərbaycanda daha bir tələbə öldü - FOTO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı