Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78923
az

Bizləri paklayan əməl

03:0716 Dekabr, 2022
95
CƏMİYYƏT
  • A

Allah Təala o kəsləri ki, İlahi ayələrdən xəbərdardırlar, lakin ona əməldə riayət etmirlər, onları Quranda hədələyir. O kəslər ki, Quran ayələrindən xəbərdardırlar, lakin ona əməl etmirlər, onlar üçün ibadətlə çirkin əməlin fərqi yoxdur. Allah bu insanları məzəmmət edir. Dünyada cəzaları budur ki, ürəklərinə möhür vurulmuşdur.
"Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik və bədbəxtlik) örtüklər(i) çəkdik və (batini)qulaqlarında bir ağırlıq qoyduq. Əgər onları doğru yola dəvət etsən, bu hal ilə əsla hidayət olunmazlar". ("Kəhf" 57).
Eyni zamanda əgər tövbə etsələr, Allah qəbul edər. Çünki Allah həm bağışlayandır və həm də mehriban. Lakin gərək etdikləri tövbə həqiqi olsun. Allahın və insanların haqqını əda edərək tövbə etsin. Mehriban Allah insana möhlət verər. Allah buyurur ki, günahkarlardan razı deyiləm, ancaq əzabda da tələsmirəm.
Bədbəxt o insandır ki, özünü cəhənnəmlik etsin. Çünki Allahın sözünə qulaq asmamış və əzaba məhkum olmuşdur. Ardınca da insanlara zülm etmişdir. Hər kim Allaha hörmət etməz, özünə zülm etmiş olar. Hər kim özünə zülm edər, başqalarına da zülm edər. Bir ömür ziyarətə gedirik, ancaq bilmirik ki, namaz nədir.
Əziz cavanlar! Gərək paklaşaq və çirklənmiş halda axirətə getməyək. Əgər deyiriksə İmam Hüseyn (ə) və İmam Əlimiz (ə) varsa hər şey həll olacaq, gərək dinimiz olsun. Çünki onlar məhz din uğrunda fəda olublar.
Allah Peyğəmbərin (s) əsl vəzifəsini insanları islah etmək və tərbiyə etmək qərar vermişdir. Həzrət Peyğəmbər (s) bu vəzifəni yerinə yetirmək üçün gəlmişdir. "Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər". ("Ali-İmran" 164).
Allah Təala Peyğəmbərin (s) ilk işini Quran oxumaq qərar verdi, ancaq bunu kifayət bilmədi. Peyğəmbərin (s) əsl vəzfəsini insanları islah etmək və özlərini paklaşdırmaq qərar vermişdir. Quran oxumaq Peyğəmbər (s) üçün də kifayət deyildi, bizim üçün də o cürdür.
Bir evdə rəsm çəkmək istəyən zaman əvvəl divarını təmizləyib sonra şəkil çəkirsən. Əgər təmizlənməsən, şəkil çəkə bilməzsən. Ürək Allahın məkanıdır və o ürəkdə ki, Allahdan qeyrisi olar, orada Allahın yeri olmaz.
Dünya sevgisi ürəkləri çirkləndrmişdir. Gərək sədəqə və xums verək ki, paklana bilək. Bunu bilin ki, pak olmayanlar behiştə getməzlər. Bizi paklayan əməl isə namazdır.
Namaz elə bir vacibatdır ki, hər bir şəraitdə vacibdir. "(Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız, beləliklə də onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız, silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır. (Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır". ("Nisa" 102-103).
Namazın əhəmiyyətini heç bir zaman unutmayaq. Hətta müharibədə olsaq belə".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil