Qaz limitləri ilə bağlı YENİ TƏKLİF
13 Oktyabr 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2205
15.12.2022, 19:20
Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişib.
Oxu24.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliklə əmək pensiyasının sığorta hissəsi, qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə məbləği ildə bir dəfə ölkə üzrə orta müəyyən edilmiş aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Digər bir dəyişikliklə isə qanunun 29-cu maddəsinin 2-ci bəndi çıxarılır.
Həmin bənd hazırda belədir: "Qanun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.
Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır".
Qanuna dəyişikliyin arayış hissəsində qeyd edilib ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyalarının ümumi məbləğinin (əlavələrlə birlikdə) yenidən hesablanmasına münasibətdə əməkhaqqı, dövlət məvacibindəki sonrakı artımların təyin edilmiş ümumi pensiya məbləğinin indeksləşdirilməsi ilə əvəz edilməsi ilə əlaqədar qanun bu maddəsinə dəyişiklik edilməsi zərurəti yaranıb. 29-cu maddəyə edilən dəyişikliklə, artıq hər il həmin şəxslərin əmək pensiyasının əlavələrlə birlikdə ümumi məbləği də qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdiriləcək.
00:44 / 13 Oktyabr 2026
116
00:38 / 13 Oktyabr 2026
28
00:35 / 13 Oktyabr 2026
171
00:33 / 13 Oktyabr 2026
38
00:13 / 13 Oktyabr 2026
72
00:08 / 13 Oktyabr 2026
132
00:07 / 13 Oktyabr 2026
136
00:05 / 13 Oktyabr 2026
83
23:56 / 12 Oktyabr 2026
72
23:49 / 12 Oktyabr 2026
141
23:46 / 12 Oktyabr 2026
658
23:32 / 12 Oktyabr 2026
119
23:25 / 12 Oktyabr 2026
90
23:17 / 12 Oktyabr 2026
114
23:16 / 12 Oktyabr 2026
97
23:14 / 12 Oktyabr 2026
165
23:04 / 12 Oktyabr 2026
80
23:04 / 12 Oktyabr 2026
1142
23:01 / 12 Oktyabr 2026
111
22:54 / 12 Oktyabr 2026
121
22:43 / 12 Oktyabr 2026
130
22:42 / 12 Oktyabr 2026
104
22:39 / 12 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.