Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78882
az

“Toppuş bacı“dan üzücü xəbər: “Həkimlər dedilər ki, bir daha səsin açılmayacaq“ - VİDEO

18:5515 Dekabr, 2022
96
CƏMİYYƏT
  • A

"Bildiyiniz kimi, aparıcı Zaur Baxşəliyev birinci, Almaniyada yaşayan Rəna xanım həmyerlilərimizin dəstəyi ilə ikinci doz "ağıllı dərman" preparatımı aldılar. Amma mənim hələ 10 "ağıllı dərman"a ehtiyacım var. 16 min manata yaxın məbləğ toplanıb. Amma hələ 20 min manata yaxın pul lazımdır. Bir doza "ağıllı dərman" preparatının qiyməti isə 3200 manatdır".

OXU24.COM  bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva "TikTok" sosial şəbəkə platformasında açdığı canlı yayımda deyib.

Sənətçi bildirib ki, ona ikinci doza "ağıllı dərman" preparatı vurulduqdan sonra səsi batıb. Tünzalə əlavə edib ki, həkimlər aktrisanın səsinin bir daha açılmayacağını söyləyiblər.

"Bundan sonra səsim belə olacaq. Düzəlməyəcək! Səs isə mənim üçün hər şeydir. Səslə yaşayan insanam. Çəkilişlərim, işim - bir sözlə hər şey səsdən asılı idi", - deyə aktrisa bildirib.

Belində də ağrıların olduğunu deyən Əməkdar artist üzünün sol tərəfi şişdiyindən damağında törəmə olmasını ehtimal edib:

"Belim də çox ağrıyır. Belimdə həm çat var, həm də törəmələr var. Damağım şişdiyinə görə üzümdə də şişkinliklər var. Gedəcəyəm həkimə. Bu şişkinlik ya dişimə görədir, ya da ki damağımda törəmə əmələ gəlib. Bilmirəm nə oldu mənə birdən-birə... Yanvar ayının 3-də növbəti dəfə şüa qəbul edəcəyəm".

Bundan savayı Tünzalə izləyiciləri ilə söhbətində bildirib ki, veriliş və seriallara çəkilməyəcək:

"Bundan sonra daha heç bir ekran işlərinə çəkilməyəcəyəm. Bütün işlərdən xəstəliyimə görə tam azadam. İnşallah səsim qayıdar işləyərəm. Qayıtmaz Allaha pənah. Bitdi bütün işlərim. Səsim yoxdur".

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.

Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”