Bu filmdə 2500 hərbçi, 42 XTQ döyüşçüsü çəkilib! - Fotolar - Video
13 Oktyabr 2026, 09:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
265
12.12.2022, 18:11
Qurani-Kərimin bir çox ayələri bizə xəbər verir ki, gördüyümüz yuxuların bəziləri bizə gələcəkdən məlumatlar verir.
Misal üçün, Yusif (ə) peyğəmbərin əhvalatında buna şahid oluruq. İki nəfərin gördüyü yuxular həqiqətən də həyata keçir. Həmçinin Misir şahının gördüyü yuxu da onun kimi.
"Yusufla birgə zindana (şahın) iki qul(u) da daxil oldu. Onlardan biri dedi: "Mən (yuxuda,) özümün (şərab düzəltmək üçün) üzüm sıxdığımı görürdüm".
Və o birisi dedi: "Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların(yuxuların) yozumundan xəbər ver. Həqiqətən, biz səni yaxşılıq edənlərdən görürük"". ("Yusif" 36).
Qurani-Kərimdə Həzrət Peyğəmbərin (s) gördüyü yuxuya Fəth" surəsində də işarə edilmişdir. İbrahimin (ə) gördüyü yuxuya isə "Saffat" surəsində işarə olunmuşdur.
Həzrət Peyğəmbər (s) yuxu haqqında buyurur: "Yuxu və röya üç cür olur:
- Bəzən Allah tərəfindən olan müjdədir.
- Bəzən şeytan tərəfindən olan qəm və qüssədir.
- Bəzən də insanın başında fırlatdığı fikirlərdir və o, onları yuxuda görür".
Aydındır ki, şeytani yuxuların yozuma ehtiyacı yoxdur. Ancaq Allah tərəfindən müjdə olan yuxular insana gələcəkdə baş verəcək hadisələrdən xəbər verər.
Mənəvi filosofların nəzərinə görə, yuxu bir neçə dəstəyə böülünür:
1. İnsanın keçmişinə, arzu və meyillərinə aid olan yuxular.
2. Pərişan yuxular ki, xəyalın məhsulu olar.
3. Gələcəyə aid olan yuxular.
Pərişan yuxular o yuxulardır ki, insan fikirlərindən mənbə alar və gün ərzində keçirtdiyi hisslərin sayəsində meydana gələr. Baxmayaraq ki, psixoloqların nəzərinə görə bu yuxular insanın ruhi halından xəbər verir, ancaq bu yuxuların yozumu yoxdur.
Bəzi yuxuları isə yozmağa ehtiyac yoxdur, çünki onlar öz-özlüyündən baş verəcəklər haqqında aydın məlumat verər. Ancaq bəzi yuxuların yozuma ehtiyacı vardır. Misal üçün Misir şahının gördüyü yuxu kimi.
Hər bir halda deyə bilərik ki, yuxu aləmi Allahın möcüzələrindən biridir ki, insanı qəflətdən oyadan amillərdən biri hesab olunur. Hər kim dərk əhli olarsa, heç olmasa bu yuxuların ona demək istədiyini anlayar və qəflətdən ayılar.
Başa düşər ki, bu yuxular öz-özlüyündə baş vermir. Onu həyata keçirən ali bir qüvvə vardır və bu qüvvə onun ruhunu axirət aləminə seyr etdirərək, həqiqətləri göstərmək istəyir.
09:20 / 13 Oktyabr 2026
18
09:11 / 13 Oktyabr 2026
38
09:10 / 13 Oktyabr 2026
38
08:54 / 13 Oktyabr 2026
56
08:43 / 13 Oktyabr 2026
232
03:05 / 13 Oktyabr 2026
1002
01:20 / 13 Oktyabr 2026
169
00:44 / 13 Oktyabr 2026
1835
00:38 / 13 Oktyabr 2026
240
00:35 / 13 Oktyabr 2026
1883
00:33 / 13 Oktyabr 2026
180
00:13 / 13 Oktyabr 2026
231
00:08 / 13 Oktyabr 2026
524
00:07 / 13 Oktyabr 2026
321
00:05 / 13 Oktyabr 2026
264
23:56 / 12 Oktyabr 2026
137
23:49 / 12 Oktyabr 2026
300
23:46 / 12 Oktyabr 2026
1326
23:32 / 12 Oktyabr 2026
168
23:25 / 12 Oktyabr 2026
152
23:17 / 12 Oktyabr 2026
418
23:16 / 12 Oktyabr 2026
168
23:14 / 12 Oktyabr 2026
287
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.