Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78569
az

Bu qadınlar gözəllik salonunda ölə bilərlər?

23:5911 Dekabr, 2022
97
CƏMİYYƏT
  • A

Böyük Britaniyalı alimlər yeni xəstəlik - "Gözəllik salonu" sindromunu aşkar ediblər. Alimlər müəyyən edib ki, qadınlar salona gedərkən adətən saçlarını yuyurlar və saç ustasının qarşısında kresloya əyləşərək arxaya söykənirlər.

Bu vəziyyətdə onların isti suyun təsirindən genişlənmiş boyun damarları sıxılmaya məruz qalır. Damarlar sıxıldığına görə qan dövranı zəifləyir.

Bu vəziyyət isə ciddi fəsadlar yaradır, beyinə qan sızma, insult keçirməklə, bəzən qadınların ölümünə səbəb olur.

Alimlər onu da müşahidə ediblər ki, salondan çıxan qadınların əksəriyyəti bir müddət baş ağrısından əziyyət çəkdiklərini də söyləyiblər. Alimlər bu baş ağrılarının da qan dövranındakı problemlə bağlı olduğunu bildiriblər.

Məsələ ilə bağlı tanınmış həkim Qalib Əsədovun fikirlərini öyrəndik.
 

OXU24.COM xəbər verir ki, bizim.media-ya açıqlamsında bildirdi ki, əgər boyunda xəstəlik varsa, belə halların olması gözləniləndir:

"Məsələn, insan osteoxondrozdan və yaxud digər xəstəlikdən əziyyət çəkirsə, damarlarda müəyyən proseslər gedirsə hər dəfə başı arxaya dayayanda müəyyən problemlər ola bilər. Çünki, belə hallarda beyinin qan dövranı pozulur.

Yəni insan gözəllik salonuna getməsə də dediyimiz problemləri varsa, o başını geriyə qatlayanda onda baş gicəllənməsi olacaq. Yəni bunun səbəbi osteoxondrozdur. Bunun "Gözəllik salonu" sindromu ilə əlaqəsi yoxdur".

Həkim onu da əlavə etdi ki, bu cür xəbərlər sensasiya xatirinə yayılır:
"Məlum xəstəliyə yeni ad vermək hələ elmi nailiyyət deyil".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı