Qaynar xətt:

(+99450) 247 90 86

Sabahki günlə bağlı XƏBƏRDARLIQ

Sabahki günlə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

366

11.12.2022, 23:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dekabrın 12-nə gözlənilən hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. 
Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 4-6°, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaq.