Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
13 Oktyabr 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
516
11.12.2022, 15:52
Azərbaycan Xarici İşlər Nazirliyi sülhməramlılarla bağlı Rusiyaya nota təqdim edib.
Oxu24.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib:
"Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib. Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur.
Cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb".
A.Hacızadə qeyd edib ki, əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib:
"Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb".
14:00 / 13 Oktyabr 2026
7
13:59 / 13 Oktyabr 2026
19
13:57 / 13 Oktyabr 2026
46
13:47 / 13 Oktyabr 2026
751
13:31 / 13 Oktyabr 2026
167
13:28 / 13 Oktyabr 2026
59
13:20 / 13 Oktyabr 2026
66
13:14 / 13 Oktyabr 2026
127
13:10 / 13 Oktyabr 2026
72
13:01 / 13 Oktyabr 2026
592
12:53 / 13 Oktyabr 2026
80
12:50 / 13 Oktyabr 2026
77
12:45 / 13 Oktyabr 2026
129
12:45 / 13 Oktyabr 2026
64
12:39 / 13 Oktyabr 2026
450
12:36 / 13 Oktyabr 2026
83
12:26 / 13 Oktyabr 2026
67
12:17 / 13 Oktyabr 2026
84
12:15 / 13 Oktyabr 2026
1322
12:00 / 13 Oktyabr 2026
144
11:54 / 13 Oktyabr 2026
4476
11:52 / 13 Oktyabr 2026
124
11:49 / 13 Oktyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.