"Azərbaycanın məktəbləri yad ideologiyaların meydanı deyil” –İRANA MESAJ
13 Oktyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
260
11.12.2022, 11:11
BU GÜN ŞƏHİDİMİZİN DOĞUM GÜNÜDÜR.
Oxu24.com xatırladır ki, Vüqar Tumarxan oğlu Mövlanov 10 dekabr 1994-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olub. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2000-ci ildə Lerik rayon Günəşli kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2011-ci ildə həmin məktəbinn 11-ci sinfini başa vurub.
2013-cü ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Vüqar Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidmətini nöqsansız başa vurduqdan sonra evinə qayıdıb. 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək istəyən Vüqar həmin ayın 27-də könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və müharibəyə yollanır. Füzuli, Hadrut və Şuşa uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Vüqar 7 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Günəşli kəndinə gətirilir və böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hazırladı: Miri Məcidli
15:25 / 13 Oktyabr 2026
27
15:22 / 13 Oktyabr 2026
19
15:15 / 13 Oktyabr 2026
4141
15:12 / 13 Oktyabr 2026
53
15:10 / 13 Oktyabr 2026
291
14:53 / 13 Oktyabr 2026
83
14:51 / 13 Oktyabr 2026
559
14:45 / 13 Oktyabr 2026
726
14:43 / 13 Oktyabr 2026
168
14:24 / 13 Oktyabr 2026
71
14:14 / 13 Oktyabr 2026
263
14:09 / 13 Oktyabr 2026
79
14:00 / 13 Oktyabr 2026
76
13:59 / 13 Oktyabr 2026
80
13:57 / 13 Oktyabr 2026
1830
13:47 / 13 Oktyabr 2026
2869
13:31 / 13 Oktyabr 2026
364
13:28 / 13 Oktyabr 2026
102
13:20 / 13 Oktyabr 2026
104
13:14 / 13 Oktyabr 2026
252
13:10 / 13 Oktyabr 2026
94
13:01 / 13 Oktyabr 2026
2874
12:53 / 13 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.