Azərbaycanda tanınmış sənətçi VƏFAT ETDİ
13 Oktyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
10.12.2022, 11:05
“Azərbaycanda diplomların tanınmasına dair yeni qanunun qəbulu nəzərdə tutulur. Bu sahədə xeyli yumşalmalar və konseptual baxımdan müəyyən dəyişikliklər olacaq”.
Bu fikirləri “Report”un Türkiyə bürosuna açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.
Onun sözlərinə görə, quruma diplomların tanınması ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Rusiya və bəzi Qərb dövlətlərindən olur: “Tanınmada üç əsas məsələ nəzərə alınır. Birincisi, namizəd tələbə təhsil almaq niyyətində olduğu ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olub-olmamasına fikir verməlidir. Bəzi hallarda vətəndaşlarda elə bir fikir formalaşır ki, namizədin seçdiyi universitet Fransa və ya İsveçrədədirsə, araşdırma aparmağa ehtiyac yoxdur. Belə yanaşma kökündən yanlışdır. Avropa ölkələrində də akkreditasiyadan keçmədən fəaliyyət göstərən universitetlər var”.
TKTA sədri eyni zamanda, nostrifikasiya prosesindəki standartlardan da danışıb: “Agentliyin hansısa “qara siyahı"sı yoxdur. Biz tələbənin təhsil aldığı universitetin həmin ölkədə akkreditasiyasının olub-olmamasına baxırıq. Təbii ki, başqa problemlərlə də rastlaşırıq. Misal olaraq, Ukrayna universitetləri ilə bağlı bir çox problemlər olur. Vətəndaşın sənədlərinə baxdığımız zaman məlum olur ki, tələbə dörd il ərzində cəmi 20 gün həmin ölkədədirsə, hüquqşünaslıq diplomu alıb. Təbii ki, bu, heç bir məntiqə sığmır”.
İmtinalarla bağlı dil biliyi məsələsinin vacibliyinə toxunan Ülkər Səttarova vurğulayıb ki, bəzi hallarda Rusiya, Gürcüstan, Ukrayna diplomları ilə yaxınlaşan vətəndaşların, ümumiyyətlə, bu dillərdə anlayışı və hansısa akademik informasiyanı emal etmək səviyyəsində olmadığı məlum olur"
“Adətən, qardaş Türkiyə universitetlərinin diplomları ilə bağlı ciddi problem olmur. Çünki həmin ölkənin diplomlarının 90-95 faizi Azərbaycanda tanınır. Türkiyə diplomları ilə bağlı problem əsasən qiyabi təhsildə müşahidə olunur. Hansı ki, Türkiyədə "açık öğretim" adlanır və bilirsiniz ki, orada bir çox universitetlər qiyabi təhsildən imtina edir”, - TKTA sədri qeyd edib.
19:12 / 13 Oktyabr 2026
36
19:00 / 13 Oktyabr 2026
41
18:58 / 13 Oktyabr 2026
232
18:53 / 13 Oktyabr 2026
48
18:45 / 13 Oktyabr 2026
127
18:35 / 13 Oktyabr 2026
69
18:35 / 13 Oktyabr 2026
196
18:34 / 13 Oktyabr 2026
117
18:24 / 13 Oktyabr 2026
145
18:20 / 13 Oktyabr 2026
56
18:04 / 13 Oktyabr 2026
83
18:00 / 13 Oktyabr 2026
106
17:58 / 13 Oktyabr 2026
79
17:48 / 13 Oktyabr 2026
121
17:39 / 13 Oktyabr 2026
93
17:37 / 13 Oktyabr 2026
306
17:29 / 13 Oktyabr 2026
292
17:25 / 13 Oktyabr 2026
87
17:07 / 13 Oktyabr 2026
99
17:07 / 13 Oktyabr 2026
92
16:59 / 13 Oktyabr 2026
106
16:49 / 13 Oktyabr 2026
3116
16:46 / 13 Oktyabr 2026
1204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.