Azərbaycanda tanınmış sənətçi VƏFAT ETDİ
13 Oktyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
464
10.12.2022, 10:38
Yaz fəslinin gəlməsi ilə əlaqədar torpağın isinməsi qarışqaların fəaliyyətini daha da artırıb. Qış uzunu torpağın altında qalan qarışdalar qida yığmaq üçün qida məhsulları olan yerlərə "hücum" edir. Belə yerlərin siyahısında ilk yeri mətbəx tutur. Qarışqaların ən çox mətbəxdə olma səbəbi isə onların digər canlılar kimi suya və qidaya ehtiyac duymalarıdır.Qidalanmaq üçün mətbəxə "hücum" edən qarışqalar əksər hallarda evlərə də doluşur və insanı narahat edən bir hal yaradır. Qarışqaları evdən uzaqlaşdırmadıqda isə onların sayı günü-gündən artıb çoxalır və onlar fürsət tapdıqları yerdə yuva qurub, bala artırlar. Qarışqaların evdə yuva salması isə bir-neçə ay ərzində milyonlarla qarışqanın sizin evinizdə kök salması deməkdir.
Sizə qarışqaları evdən uzaq tutmağın bir-neçə yolunu öyrətmək istəyirik.
1. Qarışqaları evdən uzaqlaşdırmaq üçün ilk növbədə onların evə haradan gəldiyini müəyyən etmək lazımdır. Mətbəxi təmiz saxalamaq və qida yığılan qabların ağzının sıx bağlanması oraya qarışqa girməsinin qarşısını alan ilk səbəbdir. Fikir vermisinizsə əgər qarışqalar bir yerə hücum çəkdikdə əskərlər kimi sıra ilə gedirlər Bunun sirri qarışqaların bir-birinin iyi vasitəsilə digərini izləmək qabiliyytinə malik olmasındadır. Qarışqa sırasını izləməklə siz onların çıxış nöqtələrini tapa və oranı müxtəlif vasitələrlə (sement, selikon və s.)doldurmanız evinizə gələn qarışqaların sayını 50-60% azalda bilərsiniz.
2. Qarışqalar toplu şəkildə yaşayan və bir-birləri ilə əlaqə yarada bilən heyvanlardır. Əgər siz onlarla zəif şəkildə mübarizə apardıqda (yuvanın ağzına daş qoyduqda) onlar başqa yerdən çıxmağa cəhd göstərirlər və bunun qarşısını almaq mümkün olmur. Amma, qarşqa yuvasının giriş hissəsini hər tərəfindən kip şəkildə bağlamaq onları başqa yerə kəçməyə məcbur edir.
19:12 / 13 Oktyabr 2026
36
19:00 / 13 Oktyabr 2026
41
18:58 / 13 Oktyabr 2026
232
18:53 / 13 Oktyabr 2026
48
18:45 / 13 Oktyabr 2026
127
18:35 / 13 Oktyabr 2026
69
18:35 / 13 Oktyabr 2026
196
18:34 / 13 Oktyabr 2026
117
18:24 / 13 Oktyabr 2026
145
18:20 / 13 Oktyabr 2026
56
18:04 / 13 Oktyabr 2026
83
18:00 / 13 Oktyabr 2026
106
17:58 / 13 Oktyabr 2026
79
17:48 / 13 Oktyabr 2026
121
17:39 / 13 Oktyabr 2026
93
17:37 / 13 Oktyabr 2026
306
17:29 / 13 Oktyabr 2026
292
17:25 / 13 Oktyabr 2026
87
17:07 / 13 Oktyabr 2026
99
17:07 / 13 Oktyabr 2026
92
16:59 / 13 Oktyabr 2026
106
16:49 / 13 Oktyabr 2026
3116
16:46 / 13 Oktyabr 2026
1204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.