Qaynar xətt:

(+99450) 247 90 86

Vətəndaşlara 5 il müddətində birdəfəlik müavinətlər veriləcək-QANUN

Vətəndaşlara 5 il müddətində birdəfəlik müavinətlər veriləcək-QANUN

CƏMİYYƏT

336

09.12.2022, 19:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edildi.

Oxu24.com xəbər  verir  ki, Dəyişikliyə əsasən, birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.

Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Qeyd edək ki, hazırda birdəfəlik müavinətlər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə, uşağın anadan olmasına görə, dəfn üçün verilir.

 

Miri Məcidli