XƏBƏRDARLIQ!Oktyabrın 14-ü saat 08:00-dan...
13 Oktyabr 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
09.12.2022, 17:57
İmam Əli (ə):
مَنْ غَرَسَ اشْجارَ التُّقى جَنى ثِمارَ الْهُدى
"Öz vücudunda təqva fidanını əkən şəxs onun hidayət meyvələrini dərəcəkdir."
Qısa izah
Təqvanın nəticə və səmərəsinin elə bu dünyaya aid olmasını aşılayan bu hədisin möhtəvası müxtəlif ayə və rəvayətlərdən də aydın olur. "Bəqərə" surəsinin 282-ci ayəsində ilahi təlim, "Ənfal" surəsinin 29-cu ayəsində haqqı batildən ayıran qüvvəyə sahib olmaq, "Bəqərə" surəsinin 2-ci ayəsində hidayət təqvanın səmərəsi kimi göstərilir.
Bu hədisdə isə, yalnız hidayətlə təqvanın əlaqəsindən söz açılır ki, təqva çoxaldıqca, insana ilahi hidayət daha çox nəsib olacaqdır. Çünki qəlb aynaya bənzəyir; toz-torpaqlı ayna həqiqətləri yaxşı əks etdirməz.
Qəlb aynasını təqva yolunda yerləşdirməklə günah adlı toz-torpaqdan təmizləsək, həqiqətin çöhrəsi aydın əks olunacaq. Demək, hidayət çırağı həmişə parlayır və bir an belə sönmür.
Yeri gəlmişkən, bu hədisdən başa düşülür ki, mərifət yolunun məntiq və fəlsəfədən ibarət olması ilə yanaşı, başqa bir yol mövcuddur. O da müşahidə yolu ilə əldə olunan İslam ürfanıdır və "Ənfal" surəsinin 29-cu ayəsi də məhz ona işarədir.
Belə ki, təqva və İslam ürfanı adlı böyük bir yola qədəm qoymaqla təqvalı şəxsə haqqı batildən və həqiqəti ilğımdan ayıran bir qüdrət verilir.
Qeyd etməliyik ki, təqva ilə hidayət iki tərəfli təsirə malikdir; yəni təqva artdıqca, hidayət də artdığı kimi, hidayət də artdıqca, təqva da artır və insan təqvanın ən uca mərhəsinə yüksələ bilir.
Buna əsasən, ilahi təqvanı fərdi və ictimai həyatımızda, dini, siyasi və iqtisadi məsələlərdə, bir sözlə, həyatın bütün sahələrində tətbiq etməliyik ki, İslam ümməti bu səmərəli ağacdan ilahi hidayət meyvələrini dərsin və ondan layiqincə bəhrələnsin.
Həmçinin oxuyun
22:10 / 13 Oktyabr 2026
1
22:02 / 13 Oktyabr 2026
36
22:01 / 13 Oktyabr 2026
64
21:49 / 13 Oktyabr 2026
50
21:42 / 13 Oktyabr 2026
252
21:39 / 13 Oktyabr 2026
57
21:30 / 13 Oktyabr 2026
334
21:19 / 13 Oktyabr 2026
73
21:16 / 13 Oktyabr 2026
57
21:09 / 13 Oktyabr 2026
134
21:03 / 13 Oktyabr 2026
65
20:48 / 13 Oktyabr 2026
85
20:44 / 13 Oktyabr 2026
117
20:39 / 13 Oktyabr 2026
141
20:26 / 13 Oktyabr 2026
2667
20:19 / 13 Oktyabr 2026
75
20:17 / 13 Oktyabr 2026
79
20:14 / 13 Oktyabr 2026
157
20:12 / 13 Oktyabr 2026
86
20:06 / 13 Oktyabr 2026
85
19:46 / 13 Oktyabr 2026
176
19:43 / 13 Oktyabr 2026
1735
19:34 / 13 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.