Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78289
az

Şəhid  Fərhadlı Fərhadın doğum günüdür

21:2308 Dekabr, 2022
58
CƏMİYYƏT
  • A

Bu gün Vətən Müharibəsi Şəhidi Fərhadlı Fərhadın doğum günüdür.
Dərin ehtiramla yad edirik!

Oxu24.com xatırladır ki,Fərhad Vüqar oğlu Fərhadlı 08 dekabr 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olub. Şəhid olmağı özünə şərəf bilən, yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, sarsılmaz əqidə daşıyıcısı Fərhad şüurlu şəkildə ölümü gözə alanlardandır. O, “Kapital bank”-ın əməkdaşı idi. Şəhidimizin İncisi Vətənə əmanət qalıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Fərhad bir an belə tərəddü etmədən ordu sıralarına qayıdıb, Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. 20 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən 3 yaralını xilas edib, 4-cünü çıxararkən vurularaq şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda" medalı, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
Azərbaycanın Əməkdar jurnalisti vəfat edib
İmtahanların saatı dəyişdirildi - İsti havaya görə

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər