Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyev: Əgər "Əsrin kontraktı" imzalanmasaydı, bizim gəlirlərimiz olmayacaqdı

Prezident İlham Əliyev: Əgər \\\"Əsrin kontraktı\\\" imzalanmasaydı, bizim gəlirlərimiz olmayacaqdı

CƏMİYYƏT

241

07.12.2022, 15:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


İndi siz də yaxşı xatırlayırsınız ki, biz “Əsrin kontraktı” üzərində işləməyə başlayanda bu Dərin özüllər zavodunun bizdə olmasının nə qədər böyük əhəmiyyəti var idi.

OXU24.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində deyib.

“Çünki əgər bu zavod olmasaydı, bizim bütün kontraktlarımızın icrası bəlkə də 5-10 il gecikə bilərdi. Yəni, o vaxt bunu etdi və müstəqillik dövründə Heydər Əliyev neft strategiyasının icraçıları kimi biz sizinlə “Əsrin kontraktı” üzərində digər yoldaşlarla bərabər işləmişik və o günləri də həmişə xatırlayırıq. Bu gün inkişaf edən, güclənən Azərbaycanın təməli məhz o vaxt qoyuldu. Əgər o kontrakt imzalanmasaydı bizim gəlirlərimiz olmayacaqdı. Gəlir olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz”, - Prezident İlham Əliyev vurğulayıb.