Keçmiş sevgilisini unuda bilməyən 3 bürc
14 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
340
05.12.2022, 19:31
Bakının ən böyük narkotik tədarükçülərdən biri saxlanılıb.
Bu brədə OXU24.COM -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Xidmət rəsmisi, polis mayoru Anar Qafarov qeyd edib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında payaxt sakini İlham Səmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 24 kiloqram, o cümlədən 7 kiloqram heroin, 8 kiloqram marixuana, 6 kiloqram metamfetamin və 3 kiloqram həşiş-qətranı aşkar edilib.
İlham Səmədov narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Biləsuvar rayonu ərazisinə keçiriləndən sonra əldə etdiyini və dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakıya gətirdiyini bildirib. Araşdırmalar nəticəsində İlham Səmədovun ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb, İlham Səmədov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, daxili işlər orqanları tərəfindən 2022-ci ildə 3 ton 320 kiloqram müxtəlif növ narkotik vasitə və 323 kiloqram psixotrop maddə dövriyyədən çıxarılıb.
00:30 / 14 Oktyabr 2026
654
00:28 / 14 Oktyabr 2026
764
00:11 / 14 Oktyabr 2026
448
00:09 / 14 Oktyabr 2026
127
23:55 / 13 Oktyabr 2026
346
23:55 / 13 Oktyabr 2026
125
23:55 / 13 Oktyabr 2026
147
23:54 / 13 Oktyabr 2026
139
23:43 / 13 Oktyabr 2026
127
23:41 / 13 Oktyabr 2026
167
23:33 / 13 Oktyabr 2026
110
23:24 / 13 Oktyabr 2026
606
23:15 / 13 Oktyabr 2026
180
23:02 / 13 Oktyabr 2026
316
22:57 / 13 Oktyabr 2026
133
22:49 / 13 Oktyabr 2026
271
22:47 / 13 Oktyabr 2026
150
22:43 / 13 Oktyabr 2026
120
22:25 / 13 Oktyabr 2026
903
22:19 / 13 Oktyabr 2026
542
22:18 / 13 Oktyabr 2026
106
22:10 / 13 Oktyabr 2026
439
22:02 / 13 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.