Qaynar xətt:

(+99450) 247 90 86

Son sutkada 47 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Son sutkada 47 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

CƏMİYYƏT

194

04.12.2022, 19:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 499 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 269 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 7 382 375 test aparılıb.