Keçmiş sevgilisini unuda bilməyən 3 bürc
14 Oktyabr 2026, 00:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
337
04.12.2022, 18:21
Bir çox dövlət qurumlarında, nazirlik və komitələrdə şənbə günü qeyri-iş günü hesab edilsə də, idarə və şöbə rəisləri, həmçinin bəzi əməkdaşlar məcburi qaydada işə çıxarılır. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən, belə olan halda, həmin şəxslərə kompensasiya ödənilməlidir.
Amma nədənsə bu baş vermir. İşçilər isə işlərini itirmək qorxusundan hüquqlarının bu şəkildə pozulmasına etiraz edə bilmir.
Maraqlıdır ki, bu hal geniş yayılsa da, nədənsə Hesablama Palatasının hesabatlarında əks olunmur. Halbuki, Palata dövlət təşkilatlarında yoxlama aparakən, əməkdaşların davamiyyətini də yoxlayır.
Milli.Az bildirir ki, Bizim.Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcrayyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edir ki, işçilərin qanunsuz olaraq iş saatından artıq işə cəlb edilib-edilmədiyinin araşdırılması Dövlət Əmək Müfəttişliyinin səlahiyyətinə aid məsələdir:
"Hesablama Palatasının konpetensiyasına aid deyil. Palatanın vəzifəsi dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinə nəzarət etməkdir. İşçinin kompensasiya ödəmədən əlavə işə cəlb edilməsini yoxlamaq onların səlahiyyətinə daxil deyil".
Həmsöhbətimiz bildirir ki, Dövlət Əmək Müfəttişliyi isə yoxlamalara moratorium qoyulması səbəbindən özünün bu funksiyanı icra edə bilmir:
"Dövlət Qulluğu Haqqında qanunda yazılır ki, ödəniş etmədən 5 saatdan çox olmayaraq ay ərzində işçini əlavə işə cəlb edə bilərlər. Amma bunun üçün həm işçinin özünün razılığı olmalı, həm də əmirləşdirilməlidir. Özü də bu zaman ödəniş ikiqat olmalıdır.
İşçilərin qeyri-rəsmi olaraq dövlət və ya kommersiya orqanlarında iş vaxtından artıq olmaqla işə cəlb etmək qanun pozuntusudur. Ona cavabdeh olan qurum isə Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Lakin yoxlamalara moratorium qoyulduğundan həmin qurum da yoxlama hüququna malik deyil".
S.Məmmədov deyir ki, problemdən çıxışı yolu qanunsuz olaraq əlavə iş saatına cəlb edilənlərin şikayət etməsindən keçir:
"Bu fonda qeyri-iş günlərində məcburi qaydada işə cəlb edilənlər şikayət etməlidirlər. Amma sonrakı taleyini nəzərə alaraq bunu da edən demək olar ki, yox dərəcəsindədir. Çünki işdən çıxarıla biləcəyindən qorxurlar. Problem də burada qapanır".
00:30 / 14 Oktyabr 2026
875
00:28 / 14 Oktyabr 2026
1298
00:11 / 14 Oktyabr 2026
515
00:09 / 14 Oktyabr 2026
149
23:55 / 13 Oktyabr 2026
400
23:55 / 13 Oktyabr 2026
137
23:55 / 13 Oktyabr 2026
169
23:54 / 13 Oktyabr 2026
157
23:43 / 13 Oktyabr 2026
142
23:41 / 13 Oktyabr 2026
193
23:33 / 13 Oktyabr 2026
123
23:24 / 13 Oktyabr 2026
688
23:15 / 13 Oktyabr 2026
190
23:02 / 13 Oktyabr 2026
348
22:57 / 13 Oktyabr 2026
153
22:49 / 13 Oktyabr 2026
302
22:47 / 13 Oktyabr 2026
159
22:43 / 13 Oktyabr 2026
130
22:25 / 13 Oktyabr 2026
1027
22:19 / 13 Oktyabr 2026
674
22:18 / 13 Oktyabr 2026
109
22:10 / 13 Oktyabr 2026
454
22:02 / 13 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.