Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazir qərar imzaladı: Əlavə pul veriləcək

Baş nazir qərar imzaladı: Əlavə pul veriləcək

CƏMİYYƏT

1261

03.12.2022, 13:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il yanvarın 1-dək veriləcək. Daha əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.