Leninin bu sözü Ramiz Mehdiyev haqdadır?
14 Oktyabr 2026, 13:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2056
02.12.2022, 18:07
Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu hərbi xidmətə çağrılmayan vətəndaşlarla bağlıdır.
Müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar haqda Hərbi Xidmətkeçmə Haqqında Əsasnamədə ətraflı məlumat verilir.
Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar:
İctimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar (bu Qanunun 22.2-ci maddəsində göstərilən vətəndaşlar istisna olmaqla);
əvvəllər qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;
barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar.
Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.
Bundan əlavə əsasnamədə dinc dövründə hərbi xidmətə çağırılmayan vətəndaşlarla da bağlı maddə var.
. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:
fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar;
35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.
Hazırladı: Miri Məcidli
13:22 / 14 Oktyabr 2026
10
13:17 / 14 Oktyabr 2026
27
13:14 / 14 Oktyabr 2026
92
13:07 / 14 Oktyabr 2026
43
13:03 / 14 Oktyabr 2026
49
13:01 / 14 Oktyabr 2026
78
12:58 / 14 Oktyabr 2026
59
12:55 / 14 Oktyabr 2026
52
12:47 / 14 Oktyabr 2026
66
12:42 / 14 Oktyabr 2026
59
12:31 / 14 Oktyabr 2026
65
12:21 / 14 Oktyabr 2026
1901
12:13 / 14 Oktyabr 2026
70
12:06 / 14 Oktyabr 2026
60
11:57 / 14 Oktyabr 2026
403
11:48 / 14 Oktyabr 2026
79
11:46 / 14 Oktyabr 2026
372
11:45 / 14 Oktyabr 2026
77
11:33 / 14 Oktyabr 2026
92
11:33 / 14 Oktyabr 2026
231
11:22 / 14 Oktyabr 2026
79
11:21 / 14 Oktyabr 2026
135
11:09 / 14 Oktyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.