Qaynar xətt:

(+99450) 247 90 86

18 yaşında şəhid oldu - Yaşasaydı,bu gün 20 yaşı olacaqdı

18 yaşında şəhid oldu - Yaşasaydı,bu gün 20 yaşı olacaqdı

CƏMİYYƏT

315

02.12.2022, 15:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün onun doğum günüdür.
 

Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük Vətən Müharibəsinin ən gənc qəhrəmanlarından biri Sadiq Bəkir oğlu Baxışovdur.

O, 2001-ci il dekabr ayının 2-də Xaçmaz rayonu Çarxı kəndində anadan olub. 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə fəal olan şəhidimiz Füzulinin alınmasında yaxından iştirak edib. Oktyabrın 28-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə yüksəlib.Anası Xuraman Baxışova kasıbçılıqla böyütdüyü övladını belə gənc yaşlarında itirsə də, qürurludur:

“Vətən üçün son damla qanına qədər döyüşən, xeyirli, qəhrəman övlad yetişdirdiyim üçün fəxr edirəm”.Sonuncu dəfə ailəsi Sadiqlə oktyabrın 15-də telefonla danışıb. Harada olduğunu soruşsalar da, ailəsinin narahat olmaması üçün yerini deməyib. Bircə deyib ki, "zəfərlə qayıdacağıq, Allaha əmanət olun". Müharibənin ən qızğın yerlərində olan şəhidimizin ölümündən sonra anası bilib ki, o, qohum-əqrəbaya, dostlarına "mən şəhid olacağını" deyirmiş.Hərbi xidmət müddətində seçilən əsgərlərdən olan Sadiq Baxışov Vətən Müharibəsində qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hazırladı: Miri Məcidli