Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77852
az

Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin doğum günüdür

09:4202 Dekabr, 2022
77
CƏMİYYƏT
  • A

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin doğum günüdür.

Oxu24.com xatırladır ki,Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlu 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olub. Qəsəbədəki 223 saylı orta məktəbi bitirdikdən sonra Qobustan Avtomobil Nəqliyyatı İdarəsində əmək fəaliyyətinə başlayıb. 1988-ci ildə ordu sıralarına çağırılıb, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkib. 1990-cı ildə ordudan tərxis olunaraq Bakıya qayıdır.Yusif kimi boylu-buxunlu, cəsarətli, qorxubilməz igidlərə hər yerdə ehtiyac var idi. Daxili İşlər İdarəsində daha çox...
1990-cı il avqustun 23-də o, DİN-nə müraciət edir. Onun arzusunu yerinə yetirirlər. Polis əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edirdilər.
Yusif Əliyevin əmrini post-patrul xidməti alayının 3-cü rotasına vermişdilər.
Az müddət ərzində o, iş yoldaşlarının sevimlisinə çevrilmişdi.
1991-ci ilin fevralı... Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq tez-tez basqınlar edir, yolları kəsirdilər. Fevralın 24-də səhər sübhdən 500--ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçmişdi. Qüvvələr qeyri-bərabər idi. Polis dəstəsi öz əlverişli mövqelərini qoruyub saxlamağa çalışmaqla yanaşı düşməni planlı şəkıldə yaxına buraxır və müxtəlıf səmtlərdən onları hədəfə alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkılmək istəmirdi. Dəstənin döyüş sursatı tükənmək üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət bir qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan çaş-baş qalan ermənilər pərən-pərən düşdülər...
1991-ci il sentyabrın 14-ü... Düşmən Buzluq kəndinə hücuma keçmişdi. Ölüm-dirim savaşına girən dəstədən xəbər gəlır ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzduğa sursat çatdırmağa müvəffəq olur. Lakin bu, onun həyatı bahasına başa gəlir...
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əlıyev Yusif Əliyusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilib. Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulub
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənmə ilə bağlı KTM-ə müraciət edən 4 nəfər ölüb
Azərbaycanda yeni peyvənd vurulacaq
Bu gün Yasamalda qaz olmayacaq

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı