Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77798
az

Şəhid Haqverdi Kərimovun doğum günüdür

19:2501 Dekabr, 2022
101
CƏMİYYƏT
  • A

Bu gün Şəhid Haqverdi Kərimovun doğum günüdür.
 

Oxu24.com xatırladır ki, Kərimov Haqverdi Sadiq oğlu 1 dekabr 2000-ci ildə Şamaxının Ovçulu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib ali məktəbə sənəd versə də qəbul ola bilməyib. Qəlbindəki hərbi xidmət sevgisi onu təhsil almaqdan uzaqlaşdırır və Haqverdi ali təhsildən imtina edərək 2018-ci ildə hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra yenidən öz istəyi ilə hərbi xidmətə qayıdır və müddətdən artıq hərbi qulluçu kimi fəaliyyətini davam etdirir.

Azərbaycan Ordusunun əsgəri olan Haqverdi Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, Füzuli rayonuna ilk girənlərdən biri olub. Oktyabrın 21-i səhər saatlarında döyüşdə olarkən başından snayperlə vurularaq ağır yaralanıb. Haqverdi sağ olsaydı 20 yaşını qeyd edəcəkdi. Amma dostları ilə yanaşı, bütün kənd camaatı onun qəbrini ziyarət edib məzarına gül dəstələri qoyaraq ruhuna dualar oxuyurlar...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Temperatur iqlim normasından yüksəkdir”
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı