Pensiyaçılara şad xəbər: Əlavə pensiya almaq imkanı yarana bilər
14 Oktyabr 2026, 19:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
524
01.12.2022, 09:57
Profilaktik olaraq ildə bir dəfə qanın ümumi analizinin aparılması tövsiyə olunur.
"OXU24.COM " xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova qanın ümumi analizi ilə bağlı vacib məqamlara aydınlıq gətirilib.
Qan analizlərinin dürüst nəticələrini əldə etmək üçün bir çox məqamlara diqqət yetirmək lazımdır. Bu həm xəstəliyin diaqnozunun qoyulmasına və həmçinin müalicə tədbirlərinin seçilməsi üçün olduqca vacibdir.
Qan analizinə hazırlıq prosesi aparılacaq tədqiqatın məqsədindən birbaşa asılıdır və bu məqsədi adətən müalicə həkimi müəyyən etməlidir. Yəni, ən doğru yol odur ki, laborator müayinəyə həkim göndərişi ilə müraciət olunsun. Eyni zamanda, həkim analizləri verməzdən əvvəl hazırlıq tövsiyələri haqqında xəstəni məlumatlandırmalıdır. Bu tövsiyələr ümumi və ayrı-ayrı göstəricilər üçün xüsusi xarakter daşıyır.
Adətən ümumi və biokimyəvi analiz üçün qanın səhər saatlarında götürülməsi tövsiyə olunur. Qan almadan öncə ən az 8 saat, optimal olaraq isə 12 saatlıq aclıq müddəti tələb olunur və qanalmadan öncə yalnız su içilməsinə icazə verilir. Qanalmadan əvvəl saqqız çeynəmək və ya siqaret çəkmək arzuolunmazdır. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir.
Ətraflı
Sağlamlığa zərər verməmək üçün dərman qəbulu yalnız müalicə həkiminin icazəsi ilə tamamilə dayandırıla bilər. Tədqiqat üçün dərman qəbuluna başlamazdan əvvəl və ya onların qəbulunun dayandırılmasından ən az 10-14 gün keçdikdən sonra qan alına bilər. Hər hansı bir dərman müalicəsinin effektivliyinə nəzarət etmək məqsədilə analiz dərmanın qəbulu müddətində və son qəbulundan 7-14 gün sonra təkrar aparılması məqsədyönlü hesab edilir. Əgər hər hansı bir dərman preparatı daimi olaraq qəbul edilirsə və həmin preparatın qan analizində yoxlanılacaq göstəricilərə təsiri yoxdursa, onun qəbulu davam etdirilə bilər.
Ümumi qaydalar bütün qan analizlərinin növlərinə aiddir, lakin bəzi tədqiqatlar xüsusi hazırlıq və əlavə məhdudiyyətlər tələb edir ki, bu məhdudiyyətlər artıq müalicə həkimi tərəfindən qoyulmalıdır.
Laboratoriya nəticələri bioloji və analitik amillərin təsirinə məruz qalır. Əgər analitik variasiya (dəyişkənlik) testin icra olunma şərtlərindən asılıdırsa, bioloji dəyişkənlik bir çox amillər kompleksindən asılıdır. Bioloji dəyişkənlik faktorları (fizioloji amillər, ətraf mühit amilləri, nümunə götürmə şəraiti, toksik və müalicəvi amillər) laboratoriya nəticələrinə təsir göstərə bilər. Onlardan bəziləri patoloji prosesdən asılı olmayaraq laborator nəticələrin referens dəyərlərindən həqiqi olaraq çıxa bilir.
Bu amillərə aşağıdakılar daxildir: fizioloji qanunauyğunluqlar (irqin, cinsin, yaşın, bədən tipinin, fərdi fəaliyyətinin xarakteri və həcminin, qidalanmanın təsiri); ətraf mühit amilləri (iqlim, geomaqnit amilləri, ilin və günün vaxtı, yaşayış mühitində su və torpağın tərkibi, sosial mühit); peşə və məişət zəhərli maddələri (alkoqol, nikotin, narkotik) və yatrogen təsirlər (diaqnostik və müalicəvi prosedurlar, dərmanlar); analiz nümunəsinin götürmə şərtləri (qida qəbulu, fiziki fəaliyyət, bədən mövqeyi, nümunə götürmə zamanı stres) və s.
20:33 / 14 Oktyabr 2026
1
20:23 / 14 Oktyabr 2026
8
20:15 / 14 Oktyabr 2026
107
19:57 / 14 Oktyabr 2026
60
19:56 / 14 Oktyabr 2026
54
19:53 / 14 Oktyabr 2026
103
19:47 / 14 Oktyabr 2026
80
19:44 / 14 Oktyabr 2026
68
19:31 / 14 Oktyabr 2026
61
19:27 / 14 Oktyabr 2026
288
19:25 / 14 Oktyabr 2026
57
19:23 / 14 Oktyabr 2026
63
19:13 / 14 Oktyabr 2026
59
19:09 / 14 Oktyabr 2026
55
19:06 / 14 Oktyabr 2026
83
18:55 / 14 Oktyabr 2026
67
18:44 / 14 Oktyabr 2026
88
18:38 / 14 Oktyabr 2026
146
18:36 / 14 Oktyabr 2026
63
18:29 / 14 Oktyabr 2026
70
18:25 / 14 Oktyabr 2026
89
18:24 / 14 Oktyabr 2026
1061
18:10 / 14 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.