Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77713
az

Ərə getmək istəməyən qızı belə qaçırdılar - VİDEO

20:5830 Noyabr, 2022
126
CƏMİYYƏT
  • A

Rusiyada, Tambovda 3 kişi 18 yaşlı qızı yaşadığı mənzildən qaçırıb.

OXU24.COM  bildirir ki, cinayət müşahidə kamerasına düşüb, qeydi "Tambov reportyoru" dərc edib.

Görüntülərdə kişilərin qızı yaşayış binasının girişindən qucağında apardıqları görünüb. Onu maşınla aparıblar.

Noyabrın 18-i günorta saatlarında qızın anası ilə birgə yaşadığı evə 3 şübhəli şəxs soxulub. Kişilər ananı iplə sarıblar və qızı qaçırıblar. Onu Nijni Novqoroda aparıblar. Bir neçə gündən sonra qız əsirlikdən qaça bilib və hüquq-mühafizə orqanlarına müraciət edib.
 

Oğurluqda ata və onun 24 və 20 yaşlı iki oğlu iştirak edib. Rusiya İstintaq Komitəsinin regional şöbəsindən verilən məlumata görə, qız kiçik oğlu ilə evlənməkdən imtina edib, rədd cavabı alan gənc isə qohumlarının köməyi ilə onu qaçırmaq qərarına gəlib.

Müstəntiqlər adam oğurluğu faktı ilə bağlı cinayət işi açıb. 20 yaşlı şübhəli nəzarətə götürülüb, qohumları federal axtarışa verilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur bankın rəhbərinə AĞIR İTKİ
Musiqi yaşlı insanların beyninə necə təsir edir?
Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs:

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı