Qaynar xətt:

(+99450) 247 90 86

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

CƏMİYYƏT

365

30.11.2022, 17:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dekabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Bakıda gecə və gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 1-də Abşeron yarımadasında yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

Dekabr ayının 1-də qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.