Faciəvi şəkildə həyatını itirdi - FOTO
15 Oktyabr 2026, 02:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
347
27.11.2022, 21:57
Tətilin mənası işləməyə müəyyən qədər fasilə vermək deməkdir. Bir müsəlman öz işlərinə müəyyən müddətə fasilə verə bilər. Amma bu müddət ərzində vaxtını boş keçirməməli, başqa faydalı işlərlə məşğul olmalıdır. Allah Təala belə buyurub:
"Hər çətinliyin yanında bir asanlıq (rahatlıq) var. Bəli, hər çətinliyin yanında şübhəsiz ki, bir asanlıq da var. Bir işi qurtardığın vaxt başqa bir işə qurşan. Nə gözləsən, ancaq Rəbbindən gözlə". ((İnşirah, 94/5-8.))
İbadətlərimizdə, öz ailəmiz və cəmiyyətə qarşı məsul olduğumuz məsələlərdə tətildən söhbət belə gedə bilməz. Tətil sözünü bir iş dəyişikliyi, elm, məlumat və müşahidələri artırmaq və mövcud şəraiti bir qədər dəyişdirib başqa bir iş görməklə istirahət etmək kimi başa düşmək olar.
İslam dinində mərkəzdən idarə edilən bir iş həyatı olmadığına görə hazırkı mənada bir tətil anlayışını İslam mənbələrində axtarmaq düzgün olmazdı. Bu cür bir tətil-istirahət-kef çəkmək anlayışı qərbdəki sənaye çevrilişindən sonra başlayan, insan təbiətinə, onun hislərinə, ictimai həyatına və ailə münasibətlərinə əks istiqamətdə təsir göstərən iş həyatının qaçılmaz nəticəsidir.
Tətilə (gəzmək, istirahət üçün turistik yerlərə) getmək cəmiyyətin varlı-hallı zümrəsi üçün günah etmək məqsədilə hazırlanmış yerlərdə doyunca əylənmək, malı və vaxtı israf etmək deməkdir. İşləyən zümrə üçün isə yığa bildikləri 3-5 manat pulu israf etdikləri bir zaman kəsimidir. Buna görə də qərbdən gələn tətil anlayışı həm səbəbləri, həm tətbiq edilmə formaları, həm də nəticələri baxımından bizə uyğun deyil.
Allah: "Bir işi qurtardıqdan sonra başqa bir işə qurşan", - buyurduğuna görə bizim tətilimiz yeni və faydalı işlərin görüldüyü, malın və vaxtın israf edilmədiyi bir zaman kəsimidir. Qeyd edək ki, dincəlmək və ibrət almaq üçün gəzib-dolaşmaq, dost-tanışa baş çəkmək və qohum-əqrəbanı ziyarət etmək faydalı işlərdən hesab edilir.
02:14 / 15 Oktyabr 2026
1
00:15 / 15 Oktyabr 2026
73
00:04 / 15 Oktyabr 2026
63
23:55 / 14 Oktyabr 2026
75
23:52 / 14 Oktyabr 2026
66
23:52 / 14 Oktyabr 2026
79
23:44 / 14 Oktyabr 2026
91
23:39 / 14 Oktyabr 2026
92
23:36 / 14 Oktyabr 2026
77
23:28 / 14 Oktyabr 2026
131
23:24 / 14 Oktyabr 2026
78
23:20 / 14 Oktyabr 2026
184
22:57 / 14 Oktyabr 2026
98
22:50 / 14 Oktyabr 2026
67
22:42 / 14 Oktyabr 2026
105
22:34 / 14 Oktyabr 2026
84
22:31 / 14 Oktyabr 2026
1460
22:28 / 14 Oktyabr 2026
80
22:25 / 14 Oktyabr 2026
116
22:18 / 14 Oktyabr 2026
91
22:13 / 14 Oktyabr 2026
80
22:00 / 14 Oktyabr 2026
87
21:46 / 14 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.