Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77521
az

İçilən andı dinə müvafiq qaydada nə cür pozmaq olar?

23:3526 Noyabr, 2022
69
CƏMİYYƏT
  • A

Allah Təala andın kəfarrəsi ilə əlaqədar olaraq Quranda belə buyurur:

Allah bilmədən ağzınızdan çıxan andlarınıza görə sizi məsul hesab etməz. Amma bilə-bilə içdiyiniz andlara görə sizi məsul sayar (sorğu-sual edər). Bunun da kəffarəsi sizin öz ailənizə yedirtdiyiniz yeməyin orta hesabından on yoxsulu yedirtmək, yaxud onları geyindirmək ya da bir köləni azad etməkdir. Bunları etməyə gücü çatmayan kəs üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə andlarınızın kəffarəsi budur. (Bununla yanaşı), öz andlarınızı qoruyun (onlara sadiq qalın: andlarınıza rəayət edin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz! (Maidə, 5/89).

Ayədə ifadə edilən on kasıbı yedirtmək məsələsi onları səhər-axşam yedizdirmək deməkdir. Bununla bərabər bir yoxsulu səhər-axşam olmaqla on gün yedirtmək də olar.

Kasıbı yedirtmək və onun əyin-başını düzəldib geyindirmək kəffarə verən şəxsin cəmiyyətdəki mövqeyi, orta hesabla gündəlik yemək-içmək xərcləri və öz geyim tərzinə uyğun olmalıdır. Yedirtmək və geyindirməyin yerinə ehtiyacı olanlara bunların pulunu da vermək olar.
 

Bu məsələ ilə əlaqədar olaraq başqa bir Quran ayəsində belə deyilir:

Bir də öz andlarınızı bəhanə edib yaxşılıq etməyiniz, pis əməllərdən çəkinməyiniz və insanların arasında sülh yaratmağınız məsələsində Allahı (Allahın adını) arada sədd etməyin. Allah eşidəndir, biləndir (Bəqərə, 2/224).

Nəticə olaraq içdiyiniz and sizin yaxşı bir iş görməyinizə mane olmamalıdır. Əgər siz belə bir and içmisinizsə, onu dərhal pozun və kəffarəsini verin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı