Faciəvi şəkildə həyatını itirdi - FOTO
15 Oktyabr 2026, 02:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
309
26.11.2022, 22:33
Son bir ayda şimal bölgəsi rayonlarının mərkəzi bazarlarında yumurtanın qiyməti kəllə-çarxa çıxıb.
Qusar, Quba, Xaçmaz bazarlarında kənd yumurtasının bir ədədi 40 qəpiyə satılır. Broyler yumurtasının ədədi isə alıcılara 18-25 qəpiyə təklif olunur. Alıcılar yumurtanın qiymətindən şikayətlənsələr də satıcılar, kəndlərdə toyuq-cücə saxlayan sakinlər yumurtanın bahalığını müxtəlif səbəblərlə əlaqələndirirlər. Bildirilir ki, quş yeminin bahalığı kəndliyə toyuq saxlamağa imkan vermir.
Mütəxəssislər də təxminən eyni düşünür.
OXU24.COM xəbər verir ki, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş mütəxəssisi Xələf Babayev bizim.media-ya açıqlamasında bildirib ki, noyabr, dekabr aylarında bioloji xüsusiyyətlərinə görə toyuqlar az yumurtlayır:
"Bu hal müvəqqətidir, təxminən 3 ay davam edir. Onun sözlərinə görə, yumurtanın bahalığı yanvar ayına qədər davam edəcək və bundan sonra yumurtanın qiyməti enəcək. Yanvardan sonra toyuğun yumurta verməsi əvvəlki vəziyyətə qayıdır".
Baş mütəxəssis məlumat verdi ki, toyuq yeminin bahalığı da qiymətə təsir edir:
"Hazırda buğdanın kiloqramının qiyməti Qusar bazarında 60 qəpikdir. Mal-qara, toyuq-cücə saxlayan kəndli buğdanın satış qiymətinin baha olması səbəbindən də qapısında heyvan, quş saxlaya bilmir. Bu da əlavə bir problemdir".
Yumurta qiymətlərinin bahalaşmasında alverçilərində rolu az deyil. Kənddən 20 qəpiyə alıb iki dəfə qiymət artıran sövdəgirlərə isə nəzarət yoxdur.
Bizim.Media-nın yerli icra hakimiyyətlərindən əldə etdiyi məlumata görə, bazarlar özəl sahə olduğu üçün qiymət bahalığına qurum müdaxilə etmir. Yəni, özünüzdə tezliklə imunitet hazırlayın, yanvar ayında kənd yumurtasının ədədi 1 manat olsa, təəcüblənməyin.
02:14 / 15 Oktyabr 2026
232
00:15 / 15 Oktyabr 2026
121
00:04 / 15 Oktyabr 2026
79
23:55 / 14 Oktyabr 2026
106
23:52 / 14 Oktyabr 2026
89
23:52 / 14 Oktyabr 2026
92
23:44 / 14 Oktyabr 2026
135
23:39 / 14 Oktyabr 2026
117
23:36 / 14 Oktyabr 2026
101
23:28 / 14 Oktyabr 2026
155
23:24 / 14 Oktyabr 2026
100
23:20 / 14 Oktyabr 2026
246
22:57 / 14 Oktyabr 2026
120
22:50 / 14 Oktyabr 2026
74
22:42 / 14 Oktyabr 2026
120
22:34 / 14 Oktyabr 2026
94
22:31 / 14 Oktyabr 2026
1583
22:28 / 14 Oktyabr 2026
90
22:25 / 14 Oktyabr 2026
142
22:18 / 14 Oktyabr 2026
162
22:13 / 14 Oktyabr 2026
94
22:00 / 14 Oktyabr 2026
97
21:46 / 14 Oktyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.