Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid tələbələrin diplomları ailələrinə verildi

Şəhid tələbələrin diplomları ailələrinə verildi

CƏMİYYƏT

215

25.11.2022, 18:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Dördüncü kursda oxuyan, lakin 1 kəsri olan, sonradan hərbi xidmətə gedən şəhidlərin əksəriyyətinin diplomları onların ailələrinə verilib".

 Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, diplom dövlət sənədidir: "Ailələr üçün simvolik əhəmiyyəti olsa da, nazir olaraq diplom yazıb vermək səlahiyyətim yoxdur. Diplom verilməsi üçün ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməli və digər prosedurlardan keçməlidir. 4-cü kursda təhsil alan və bir-iki kəsri olan həmin kateqoriyadan olanların ailəsinə diplomlar təqdim edilib".